Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib
Cəmiyyət 30 Mart 2025, 14:00

989
Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq
Sabah ölkə ərazisində 27 dərəcə isti müşahidə olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə...
05 Aprel 2025, 14:08

Yeni rəis təyin olunub
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.Bu vəzifəyə Nail Məmmədov təyinat alıb.Qeyd edək ki, o, bundan əvvəl Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi olub.
04 Aprel 2025, 20:34

"Grand-Mart"da istehlakçıların aldadılması halı müəyyən edilib
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, "Grand-Mart" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.Bu barədə Citypost.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.Məlumata görə, "Grand-Mart"da müştəriyə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.
04 Aprel 2025, 18:00

Aprelin 5-i və 6-ı güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək....
04 Aprel 2025, 17:28

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin olunub
Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyin olunub.
04 Aprel 2025, 16:54

Bu qəzetin çapı dayandırıldı
"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
04 Aprel 2025, 14:47