Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir 

Cəmiyyət 04 Aprel 2025, 11:26

178

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.

Citypost.az  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər təklif edilir.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeni rəis təyin olunub

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.Bu vəzifəyə Nail Məmmədov təyinat alıb.Qeyd edək ki, o, bundan əvvəl Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi olub.

04 Aprel 2025, 20:34

"Grand-Mart"da istehlakçıların aldadılması halı müəyyən edilib  

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, "Grand-Mart" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.Bu barədə Citypost.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.Məlumata görə, "Grand-Mart"da müştəriyə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

04 Aprel 2025, 18:00

Aprelin 5-i və 6-ı güclü külək əsəcək - XƏBƏRDARLIQ  

Aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək....

04 Aprel 2025, 17:28

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin olunub  

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyin olunub.

04 Aprel 2025, 16:54

Bu qəzetin çapı dayandırıldı  

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

04 Aprel 2025, 14:47

Sabah bəzi yerlərdə yağış yağacaq 

Sabah hava necə olacaq?Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb.Bakı və Abşeron yarımadasının hava proqnozuMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı...

04 Aprel 2025, 12:40