Danimarkanın baş nazirindən ABŞ-a Qrenlandiya MESAJI
Dünya 04 Aprel 2025, 16:31

172
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-a xəbərdarlıq edib ki, beynəlxalq təhlükəsizliklə bağlı arqument olsa belə, başqa ölkəni ilhaq edə bilməz.
Citypost.az xəbər verir ki, bu barədə baş nazir Frederiksen ABŞ prezidenti Donald Trampın Qrenlandiya səfəri zamanı ada ilə bağlı söylədiyi fikirlərlə bağlı açıqlamalar verib.
Qrenlandiyanın həm yeni, həm də köhnə liderləri ilə görüşən Frederiksen Danimarkanın etibarlı NATO müttəfiqi olduğunu qeyd edib.
Müttəfiq kimi bir-birinin bölünməsinə icazə vermənin düşmənlərinə xidmət etmək mənasına gəldiyini vurğulayan Frederiksen bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.
"Bizim şirkətlərimizdən ABŞ-a sərmayə qoymağı xahiş etdiyiniz zaman, onlar da bunu edirlər. Bizdən müdafiəmizə daha çox xərcləməmizi tələb etdiyiniz zaman, biz də bunu edirik. Arktikada təhlükəsizliyi gücləndirməyimizi istəyəndə biz razılaşırıq", - Frederiksen deyib.
Baş nazir Frederiksen sözlərinə belə davam edib: "Amma siz Danimarka Krallığının ərazisinin bir hissəsini ələ keçirməyi tələb edəndə, ən yaxın müttəfiqimiz tərəfindən təzyiq və təhdidlərlə üzləşdikdə, bu qədər illərdir heyran qaldığımız ölkə haqqında nəyə inanaq? Bu, Atlantik okeanının o tayında birlikdə qurduğumuz dünya nizamı məsələsidir. Başqa bir ölkəni, hətta beynəlxalq təhlükəsizlik arqumentinə görə də ilhaq edə bilməzsiniz."
Frederiksen ABŞ-ı Arktikada təhlükəsizliyin gücləndirilməsi ilə bağlı bunu birlikdə etməyə çağırıb.
Trampın Qrenlandiya ilə bağlı açıqlamaları...
Yenidən seçildiyi gündən bəri Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq istəyini tez-tez dilə gətirən Tramp Ağ Evdə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün onların Qrenlandiyaya sahib olması lazımdır deyib.
Qrenlandiyanın hər yerində dolaşan Çin və Rusiya gəmilərinin varlığından narahat olduğunu bildirən Tramp, bu vəziyyətlə məşğul olmaq üçün Danimarkaya və ya başqasına etibar etmədiklərini qeyd edib.
Digər tərəfdən həyat yoldaşı Usha Vance, ABŞ-ın enerji naziri Kris Rayt və milli təhlükəsizlik müşaviri Mike Waltz ilə Qrenlandiyaya səfər edən ABŞ vitse-prezidenti JD Vance burada verdiyi açıqlamada Danimarka rəhbərliyinin Qrenlandiyanın təhlükəsizliyinə kifayət qədər sərmayə qoymadığını müdafiə etdi.
"Hamınızın bildiyiniz kimi, bu, böyük bir işdir və qarşıdakı onilliklər ərzində daha da böyüyəcək. Qrenlandiyada daha çox mövqelərə sahib olmalıyıq", - Vance bildirib.
O, hərbi güc tətbiq etmədən Qrenlandiya xalqının son nəticədə ABŞ-ın və onun adaya nəzarət etmək istəyinin tərəfini tutacağına inandığını söyləyib.
Yeganə
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ermənistan Prezidenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu imzalayıb
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunu imzalayıb.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
04 Aprel 2025, 17:51

Tramp Le Penin cəzasını "cadugər ovu" adlandırdı
"Fransa Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Penə hökm oxunması qanunun söz azadlığını boğmaq üçün istifadə edilməsinə nümunədir". Citypost.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində siyasətçiyə qarşı məhkəmə qərarını şərh edərkən yazıb.O, Le Penin məhkəməsini "cadugər ovu" adlandırıb.“Bu, Avropa solunun qanundan azad sözü sıxışdırmaq və siyasi rəqibini senzura etmək üçün istifadə etməsinin nümunəsidir”,-deyən Tramp, bunun üçün rəqibin həbsə atıldığını əlavə edib.Onun sözlərinə görə, bu cür siyasi mübarizə üsulları Co Bayden dövründə keçmiş ABŞ administrasiyasının apardığı üsullara bənzəyir.“Hansı tərəfdə olmağından asılı olmayaraq, bütün bunlar Fransa və böyük fransız xalqı üçün çox pisdir. Marin...
04 Aprel 2025, 17:30

"X" 1 milyard dollardan çox cərimələnə bilər
Avropa İttifaqının tənzimləyiciləri Mask və ABŞ prezidenti Donald Tramp arasında gələcək iğtişaşların potensial təsirini qiymətləndirdiyi üçün İlon Maska məxsus sosial media platforması olan X-a 1 milyard dollardan çox cərimə tətbiq etməyi düşünür.Citypost.az bildirir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən xəbər verir.Aİ və ABŞ arasında gərginliyi artıra biləcək sanksiyalar, X sosial şəbəkəsinin qeyri-qanuni məzmun və dezinformasiya ilə mübarizəyə yönəlmiş əsas qanunu pozduğu iddia edildiyi vaxta təsadüf edir.Rəqəmsal Xidmətlər Qanunu kimi tanınan sözügedən qanun sosial media şirkətlərini platformalarını daha yaxından izləməyə məcbur etmək məqsədi daşıyır.Sanksiyaların bu yay elan ediləcəyi gözlənilir və bu, təkcə böyük cərimə deyil, həm də məhsulun dəyişdirilməsi...
04 Aprel 2025, 17:22

Ərdoğan: "Millətim boykot çağırışlarını bağışlamadı!"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Boykot çağırışı" barədə fikirlərini bölüşüb. Citypost.az bu barədə "Trthaber.com"a istinadən xəbər verir."Mənim millətim iqtisadiyyatda bu millətə qarşı kampaniya aparanları bağışlamaz",-deyə Türkiyə lideri qeyd edib.Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.Açıqlamalarında ABŞ-a səfəri üçün hələ bir tarixin müəyyən edilmədiyini deyən Ərdoğan bildirib: "Həm xarici işlər nazirinin, həm də ticarət nazirinin görüşləri, Amerikaya səfər proqramları sual altında ola bilər. Bu təqvimlər hər an dəyişə bilər, dostlarımız da Amerikaya gedə bilər. Son vaxtlar vergi ilə bağlı yenidən strukturlaşma məsələsi də son vaxtlar gündəmin əsas mövzusu ola bilər. Bu səfərlər zamanı gündəmimiz Türkiyəyə qarşı düşündükləri müsbət yanaşmanın...
04 Aprel 2025, 17:00

"NATO münaqişə bitdikdən sonra Ukraynanı qəbul edəcəyinə söz vermədi"-Rutte
NATO-nun baş katibi Mark Rutte təsdiq edib ki, Alyans Ukraynaya üzvlük üçün dönməz yol vəd edib, lakin konkret vaxt çərçivəsi və ya üzvlük üçün təminat verilməyib.Citypost.az xəbər verir ki, o, bu barədə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib."Düzdür, Vaşinqtonda keçirilən sammitdə NATO Ukraynaya üzvlük üçün dönməz yol vəd etdi. Lakin Rusiya ilə münaqişə bitdikdən sonra heç kim Ukraynanı qəbul edəcəyinə söz verməyib", - Rutte vurğulayıb.Əvvəllər bildirilirdi ki, Moskva Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda balanslı mövqe tutur. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli qeyd edib ki, Rusiya tərəfi etibarlıdır.Eyni zamanda, Rusiya prezidentinin...
04 Aprel 2025, 16:45

Hakan Fidan: Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir
Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir.Citypost.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters“ə müsahibəsində bildirib.Hakan Fidanın sözlərinə görə, əgər Suriya İsraillə müəyyən anlaşma istəyirsə, bu, onların işidir: “Əgər Dəməşqin yeni administrasiyası Türkiyə kimi, Suriyanın qonşusu olan İsraillə “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”.Fidan vurğulayıb ki, İsrailin hücumları Suriyanın İŞİD və digər təhdidlərin qarşısını almaq qabiliyyətinə zərbə vurur: “İsrailin Suriyadakı hərəkətləri gələcək regional qeyri-sabitliyə yol açır”....
04 Aprel 2025, 16:38