Bizə yazın

Baku

-°C

USD

-

Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub

Cəmiyyət 16 Mart 2026, 12:56

3341

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılacaq.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Araz Supermarket”də qiymət qanun pozuntusu aşkarlanıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.Bu barədə Citypost.az-a Agentlikdən bildirilib.Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.Bununla da "Araz Supermarket" "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib....

25 Noyabr 2026, 15:06

Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq - Bir-birlərini ittiham edirdilər

Keçmiş təhsil naziri Misir Mərdanov bundan sonra Məleykə Abbaszadənin tabeliyində işləyəcək.Citypost.az Modern.az-a istinadən  xəbər verir ki, bu, Məleykə Abbaszadənin noyabrın 19-da və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsindən sonra baş verib.Məsələ burasındadır ki, eks-nazir, professor Misir Mərdanov hazırda BDU-nin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Fizika-riyaziyyat elmləri doktoru M.Mərdanov 1997-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri işləyuib.Qeyd edək ki, Misir Mərdanovla Məleykə Abbaszadə arasında münasibətlər əvvəllər heç də yaxşı olmayıb. Xüsusilə 2011–2012-ci illərdə tərəflər arasında qarşılıqlı ittihamlar açıq şəkildə mətbuat orqanlarına da çıxmışdı. Söhbət o vaxtkı Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası...

25 Noyabr 2026, 15:00

Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak alıb

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ailəsinin xaricdəki biznes və əmlak maraqları ilə bağlı yeni məlumatlar ortaya çıxıb.Citypost.az Nocomment.az-a istinadla xəbər verir ki, Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada geniş daşınmaz əmlak portfelinə sahib olması ilə bağlı araşdırma təqdim edib.Araşdırmaya görə, Orxan Eyyubov son 14 il ərzində İngiltərədə ümumi alış dəyəri təxminən 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak əldə edib. Əmlakların alınması onun benefisiar nəzarətində olduğu bildirilən NEW CANADA CAPITAL LTD şirkəti vasitəsilə həyata keçirilib.Britaniyanın rəsmi şirkət reyestrindəki məlumatlar da Orxan Eyyubovun bu şirkətlə əlaqəsini təsdiqləyir. O, 2009-cu ildən...

25 Noyabr 2026, 14:56

Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələn il Azərbaycana rəsmi səfər edəcək."Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri çərçivəsində bildirib.M.Boçorişvili qeyd edib ki, onun Azərbaycana rəsmi səfəri ən yüksək səviyyəli görüşlərlə müşayiət olunub və bu, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşdüyünü bildirib.Nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır."Gələn ilin əvvəlində biz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfərini gözləyirik. Bundan başqa, baş nazirin (red. - İrakli Kobaxidzenin) Azərbaycana rəsmi səfərinə hazırlığa...

25 Noyabr 2026, 14:49

İxracdan gələn pulların ölkəyə köçürülməsi ilə bağlı YENİ QAYDALAR

Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil bankların hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.Bundan başqa, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı üzrə hesablaşmaların aparılması qaydalarına dair təkliflərini 2 ay müddətində Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim etməlidir.AMB isə təqdim olunan təkliflər nəzərə alınmaqla, ixrac hesablaşmalarının aparılması...

25 Noyabr 2026, 14:47

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.Citypost.az xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək “Mastercard” kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir....

25 Noyabr 2026, 14:45