Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda yaz-yay daşqınlarına hazırlıq: 21 rayonda işlər görülür

Cəmiyyət 05 Noyabr 2026, 09:14

260

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi hər il olduğu kimi 2026-cı ildə də ərazilərin daşqın və sel sularından qorumaq məqsədilə təxirəsalınmaz işlərini davam etdirir.

Bu barədə Citypost.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-i Araz çayında, 312 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğular da daim saz və işlək vəziyyətdə saxlanılır. Hazırda idarənin balansında olan çaylarda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir. Bundan başqa çaylarda sərt döngələrdə sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-2025-ci illər ərzində qədər 21689 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. 2026-cı ilin əvvəlindən indiyədək cari təmir planları əsasında 39 km məsafədə mühafizə bəndlərinin təmiri və qayakəsmə işləri və 16 km uzunluğunda məcratəmizlənməsi işləri yerinə yetirilib.

Bundan başqa ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 125 km uzunluğunda bəndin təmiri, 31 km-dən artıq qayakəsmə işləri 36 km uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 1680 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. İş qrafikinə uyğun olaraq hazırda Kür, Araz və dağ çaylarında xidməti əraziyə daxil olan hissələrində baş verə biləcək yaz-yay daşqınlarına hazırlıq məqsədi ilə idarə gücləndirilmiş iş rejimində çalışır. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq baş verə biləcək sel və daşqın sularının maneəsiz və qəzasız axıdılmasını təmin etmək məqsədi ilə mühafizə bəndinin dayanıqlığını təmin etmək üçün bəndlərin təmir-bərpası və qayakəsmə işləri görülür. Mühafizə bəndinin üzərində, yamacında və mühafizə zonasında bitmiş yabanı ağac və kolların təmizlənməsi, həmçinin çay məcralarında suyun axınına maneə olan kol-kosların və yabanı ağacların təmizlənməsi prosesi həyata keçirilir.

Məlumat üçün bildirək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 21 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az-a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;9. Mikayıl...

05 Noyabr 2026, 09:02

Bakıda bu yol bağlı olacaq

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq.Citypost.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Bildirilib ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq."Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - qurumdan bildirilib.

05 Noyabr 2026, 08:37

Rafiq Əliyevdən Halloween-ə SƏRT ETİRAZ: “Milli dəyərlərimizə uyğun deyil”

Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev Halloween bayramının Azərbaycanda yayılması və xüsusilə gənclər arasında maraq doğurması ilə bağlı narahatlığını ifadə edib. O, bu cür ənənələrin milli-mənəvi dəyərlərə, cəmiyyətin dünyagörüşünə və gənc nəslin tərbiyəsinə təsirləri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor bu barədə qələmə aldığı “Yad ənənələr və yerli dəyərlər: Halloween Azərbaycanda niyə narahatlıq doğurur?” adlı yazısında qeyd edib ki, son illərdə oktyabr ayının sonlarında Halloween ətrafında müzakirələr daha da intensivləşir. Onun sözlərinə görə, bəzi gənclər və əyləncə məkanları bu günü sadəcə kostyum partiyası və əyləncə fürsəti kimi qəbul etsələr də, cəmiyyətin digər kəsimləri, dini xadimlər və ənənəvi dəyərlərə bağlı...

05 Noyabr 2026, 08:05

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami rayonunda Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....

05 Noyabr 2026, 08:00

Ərdoğanın təyyarəsindən Azərbaycan liderinə xüsusi mesaj - Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.CİTYpOST.AZ   AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Rəcəb Tayyib ƏrdoğanTürkiyə Respublikasının Prezidenti"....

04 Noyabr 2026, 22:49

Noyabrın 5-i ilə bağlı rəsmi xəbərdarlıq

Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

04 Noyabr 2026, 22:12