DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib
Cəmiyyət 07 Fevral 2025, 11:54

700
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
Citypost.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
E. Hacıyev deyib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
Həmçinin oxuyun
E.Hacıyev vuğulayıb ki, valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Bakıda bu yol bağlı olacaq
Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.
11 Mart 2025, 17:51

Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir
İlkin proqnozlara görə, buraxılış imtahanlarının nəticələri yüksək olacaq. Əgər blok imtahanlarında da oxşar göstəricilər əldə olunarsa, prestijli ixtisaslarda keçid ballarında 3-5 ballıq artım müşahidə edilə bilər. Bununla belə, bəzi az tələbat olan ixtisaslar üzrə keçid ballarının nisbətən aşağı olacağı gözlənilir.
11 Mart 2025, 16:18

Dumanlı hava şəraitinin səbəbi məlum olub
Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.Bu barədə
11 Mart 2025, 16:00

Saray körpüsü nə vaxt istifadəyə veriləcək?
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
11 Mart 2025, 15:00

Sabah bəzi yerlərdə 23 dərəcə isti olacaq
Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava şəraitiMilli Hidrometeorologiya Xidmətindən
11 Mart 2025, 14:44

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər
Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.Citypost.az xəbər verir ki, bunu teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, hotellərin neçə ulduzlu olmasına və...
10 Mart 2025, 16:00