Bir qadının başına gələn müsibət
Hadisə 17 Dekabr 2024, 13:54

1313
Qadın kirayə yaşadığı evdə zorakılığa məruz qaldığını iddia edir.
Bu barədə CityPost.az saytına müraciət edən Nuranə Həsənova (Red- ad,soyad şərti qeyd edilib) özü bildirib. Qadının iddiasına görə, 2021-ci ilin aprelin 17-sindən 18-nə keçən gecə Yasamal rayonu ərazisində kirayə yaşadığı mənzildə ev sahibi tərəfindən zorakılığa məruz qalıb.
“Dadaş Bünyatzadə küçəsi 169 nömrəli mənzildə bir il idi ki,kirayə yaşayırdım. Adəti üzrə hər gün işə gedib, axşam da evə qayıdırdım. Ev sahibi Nazim Məcidov həyətində olan bir neçə kiçik otaqları kirayə vermişdi. Özü də ailəsi ilə həmin həyətdə yerləşən digər evdə yaşayırdı. Bir müddət orada yaşadıqdan sonra N.Məcidovun mənə qarşı davranışlarında xoşagəlməz nüansları hiss etdim. Evə girib-çıxanda məni qəribə baxışlarla sezirdi. Onun xoşagəlməz hərəkətlərini hiss etdikdən sonra evdən çıxmaq qərarına gəldim. Özümə yeni ev axtaran zaman başıma bu bəla gəldi.
Yaşadığım evin qonşu otağında Radxa adlı bir qadın da qalırdı. Onun ev sahibi Nazimlə əvvəldən tanışlığı olub. Eşitdiyimə görə Radxanın üzərində cinayət işi də olub...
Hadisə baş verən günü evə gəldim,yemək yedim.Bişirdiyim yeməkdən Radxaya və 13 yaşlı oğluna da pay çəkdim. Yeməyimizi bitirdikdən sonra Radxaya hamama girəcəyimi bildirdim. O isə,mənim hələ gözləməyimi,əvvəlcə özünün hamamlanmaq istədiyini dedi. Radxa mənə çay gətirdi. Çayı içib,hamama daxil oldum. Üstündən 3-4 dəqiqə keçməmiş özümü pis hiss etməyə başladım. Gördüm ki,başım keyiyir. Özümü ayaqda saxlamaq üçün üzümə soyuq su vurdum. Daha sonra yerə yıxıldım. Gerisini xatrılaya bilmirəm...”
Həmçinin oxuyun
Qadının iddiasına görə,onun çayına qatılan dərmandan sonra o bu hala düşüb.Planı isə ev sahibi ilə həyətdə kirayə yaşayan Radxa adlı qadın birlikdə qurublar.
“Mən huşumu itirib yerə yıxılmışam. Radxanın oğlu hamama girmək istəyərkən oradan xırıltı səsləri eşidib.Tez qaçaraq anasına xəbər verib.Anası onun çağırışlarına ilk olaraq məhəl qoymayıb. Uşağın ağlamasından sonra ev sahibi Nazimə məlumat verib. Nazim evdə olan digər şəxslərdən gizli olaraq hamama daxil olub.Mənim özümdə olmamağımdan istifadə edərək mənə zor tətbiq edib..Daha sonra mənə ağır xəsarətlər yetirib”,-deyə qadın bildirib.
Nuranə Həsənovanın (Ad-soyad şərtidir) sözlərinə görə,ev sahibi ona təcavüz etdikdən sonra onu həyətə çıxarıb.Daha sonra eyni həyətdə yaşayan arvadı Aynuru da oraya çağırıb.
“Mənə həkim çağırmaq əvəzinə özləri tərətdiyi cinayəti ört-basdır etmək üçün plan cızmağa başlayıblar. Bütün bunları mənə həyətdə kirayə yaşayan digər qadın bildirib. Sağolsun,həkimi də məhz həmin xanım çağırıb... Məni şok vəziyyətində “Semaşko” xəstəxanasına aparıblar. Orada ayılan zaman ayağımın sındığını,alt dişlərimin qırıldığını bildim. Başa düşdüm ki, ev sahibi Nazim Məcidov mənə ağır xəsarətlər də yetirib”,-deyə qadın iddiasında bildirib.
Şikayətçinin sözlərinə görə,hadisədən 4 ilə yaxın vaxt keçsə də həmin şəxslər cəzalarını almayıblar.Bu məsələ ilə bağlı rəsmi şəxslərin də qəbullarında olduğunu bildirib.
“Mən özümə gələndən sonra Radxa yanıma gəldi. Yaman həyəcanlı idi.Özü də ağlayırdı. Mənə dedi ki,bu işdə onun da əli olub. Daha sonra dedi ki, mənim başıma bir fəlakət gəlsəymiş,ev sahibi Nazim bütün bunları Radxanın üstünə ataraq, onu tutduracaqmış... Bütün bu sözlər məndə şübhələr yaratdı.İndi ədalətin bərpa olunacağı günü gözləyirəm”,-deyə şikayətçi bildirib.
CityPost.az yazıda adları hallanan Radxa adlı qadının və ev sahibi Nazim Məcidovun da mövqeyini işıqlandırmağa hazırdır.
Müəllif: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda qoruq yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
11 Mart 2025, 16:09

Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Bakıda yanaraq dünyasını dəyişən müğənni Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin anası Samirə Tağıyeva hadisənin əslində intihar yox,cinayət əməli olduğunu bildirib.Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.“Qızım müğənnilik edirdi.O,məclislərin birində Nəsirov Tahir Vaqif oğlu ilə tanış olmuşdu. Aralarında sevgi münasibətləri yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu əməllərinə görə uzun müddət həbsdə olub, məhkumluq həyatı yaşayıb. Bunu bildikdən sonra qızım Tahirdən uzaqlaşmaq istəyirdi. Bu səbəbdən də aralarında dəfələrlə münaqişələr yaşanmışdı. Sonuncu dəfə qızıma...
11 Mart 2025, 14:58

Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Bakıda yük avtomobili qadını vurub.Hadisə Yasamal rayonu Moskva prospektində qeydə alınıb.Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.Faktla bağlı cinayət işi başlanıb.
11 Mart 2025, 10:45

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
11 Mart 2025, 10:43

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı
Gəncə şəhərində məktəbli bıçaqlanıb.Citypost.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb.O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.Faktla bağlı araşdırma aparılır.
10 Mart 2025, 15:30

Lerikdə zəlzələ oldu: digər rayonlarda da hiss edildi
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
10 Mart 2025, 11:30