Qəzzada 3 körpə donaraq ölüb
Hadisə 26 Dekabr 2024, 17:30

253
İsrailin Qəzzaya davam edən hücumları səbəbiylə minlərlə fələstinli təhlükəsiz sığınacaq tapmaq ümidi ilə Əl-Məvasi bölgəsindəki müvəqqəti çadır düşərgələrinə sığınıb.
Citypost.az xəbər verir ki, lakin bölgədə hökm sürən kəskin soyuqlar müdafiəsiz körpələrin həyatını təhlükə altına qoyur.
Çərşənbə günü Qəzzanın cənubundakı Əl-Məvasidə yeni doğulmuş Sile Mahmud Əl-Fasih şiddətli soyuqdan ölüb. Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Dr. Munir Əl-Burş körpənin "həddindən artıq soyuqdan donaraq öldüyünü" açıqlayıb. Son 48 saatda Şile ilə birlikdə həddindən artıq soyuq və uyğun sığınacaq şəraitinin olmaması səbəbindən daha iki üç günlük və bir aylıq körpə həyatını itirib.
Həmçinin oxuyun
Nasser Hospitalın Pediatriya və Doğuş şöbəsinin müdiri Dr. Əhməd Əl-Ferra Qəzzada səhiyyə sisteminin çökmək ərəfəsində olduğunu və xüsusilə körpələrin sağ qalma şanslarının getdikcə azaldığını bildirib. Əl-Məvasi daha əvvəl İsrail tərəfindən “humanitar zona” elan edilmişdi. Bununla belə, bölgə tez-tez hücumlara məruz qalır və minlərlə məcburi köçkün fələstinli neylon və parça parçalarından hazırlanmış çadırlarda sağ qalmaq üçün mübarizə aparır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda qoruq yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
11 Mart 2025, 16:09

Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Bakıda yanaraq dünyasını dəyişən müğənni Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin anası Samirə Tağıyeva hadisənin əslində intihar yox,cinayət əməli olduğunu bildirib.Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.“Qızım müğənnilik edirdi.O,məclislərin birində Nəsirov Tahir Vaqif oğlu ilə tanış olmuşdu. Aralarında sevgi münasibətləri yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu əməllərinə görə uzun müddət həbsdə olub, məhkumluq həyatı yaşayıb. Bunu bildikdən sonra qızım Tahirdən uzaqlaşmaq istəyirdi. Bu səbəbdən də aralarında dəfələrlə münaqişələr yaşanmışdı. Sonuncu dəfə qızıma...
11 Mart 2025, 14:58

Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Bakıda yük avtomobili qadını vurub.Hadisə Yasamal rayonu Moskva prospektində qeydə alınıb.Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.Faktla bağlı cinayət işi başlanıb.
11 Mart 2025, 10:45

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
11 Mart 2025, 10:43

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı
Gəncə şəhərində məktəbli bıçaqlanıb.Citypost.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb.O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.Faktla bağlı araşdırma aparılır.
10 Mart 2025, 15:30

Lerikdə zəlzələ oldu: digər rayonlarda da hiss edildi
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
10 Mart 2025, 11:30