Araşdırma müəssisəsindən qaçan 43 meymun tutuldu
Hadisə 27 Yanvar 2025, 16:24

449
Noyabr ayında ABŞ-da tədqiqat müəssisəsindən qaçan 43 meymunun hamısı ələ keçirilib.
Citypost.az bu barədə BBC-yə istinadən xəbər verir.
Həmçinin oxuyun
Noyabr ayında 43 meymunun tədqiqat müəssisəsindən qaçmasından sonra ABŞ-ın Cənubi Karolina ştatının Beaufort County şəhərciyinin sakinlərinə xəbərdarlıq edilib. Səlahiyyətlilər əhaliyə meymunların evlərinə girəcəyi təqdirdə qapı və pəncərələri bağlı saxlamaları barədə xəbərdarlıq edib. Həmçinin meymunlara yaxınlaşmamaq tövsiyə olunub. "Bütün 43 meymunun hamısı təhlükəsiz şəkildə ələ keçirildi və hamısı sağlamdır", - tədqiqat müəssisəsinin dünənki açıqlamasında deyilir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda qoruq yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
11 Mart 2025, 16:09

Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Bakıda yanaraq dünyasını dəyişən müğənni Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin anası Samirə Tağıyeva hadisənin əslində intihar yox,cinayət əməli olduğunu bildirib.Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.“Qızım müğənnilik edirdi.O,məclislərin birində Nəsirov Tahir Vaqif oğlu ilə tanış olmuşdu. Aralarında sevgi münasibətləri yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu əməllərinə görə uzun müddət həbsdə olub, məhkumluq həyatı yaşayıb. Bunu bildikdən sonra qızım Tahirdən uzaqlaşmaq istəyirdi. Bu səbəbdən də aralarında dəfələrlə münaqişələr yaşanmışdı. Sonuncu dəfə qızıma...
11 Mart 2025, 14:58

Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Bakıda yük avtomobili qadını vurub.Hadisə Yasamal rayonu Moskva prospektində qeydə alınıb.Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.Faktla bağlı cinayət işi başlanıb.
11 Mart 2025, 10:45

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
11 Mart 2025, 10:43

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı
Gəncə şəhərində məktəbli bıçaqlanıb.Citypost.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb.O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.Faktla bağlı araşdırma aparılır.
10 Mart 2025, 15:30

Lerikdə zəlzələ oldu: digər rayonlarda da hiss edildi
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
10 Mart 2025, 11:30