Bizə yazın

Baku

-°C

USD

-

Məktəbdə qadının başın kəsdilər

Hadisə 10 Fevral 2025, 20:00

954

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın həyat yoldaşından boşanmaq istəyib. Buna görə də əri məktəbin həyətində qadının şah damarını kəsib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

270 nömrəli tam orta məktəbdən  bildirilib ki, təhsil ocağının xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: "Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda qoruq yanır  

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

11 Mart 2025, 16:09

Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)

Bakıda yanaraq dünyasını dəyişən müğənni  Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin  anası Samirə  Tağıyeva  hadisənin əslində  intihar yox,cinayət  əməli  olduğunu  bildirib.Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.“Qızım müğənnilik edirdi.O,məclislərin birində  Nəsirov Tahir  Vaqif oğlu ilə tanış  olmuşdu. Aralarında  sevgi  münasibətləri  yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu  əməllərinə görə uzun müddət  həbsdə  olub, məhkumluq həyatı yaşayıb. Bunu  bildikdən  sonra qızım  Tahirdən   uzaqlaşmaq istəyirdi. Bu səbəbdən  də  aralarında  dəfələrlə  münaqişələr  yaşanmışdı. Sonuncu dəfə qızıma...

11 Mart 2025, 14:58

Bakıda yük avtomobili qadını vuraraq öldürüb 

Bakıda yük avtomobili qadını vurub.Hadisə Yasamal rayonu Moskva prospektində qeydə alınıb.Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.Faktla bağlı cinayət işi başlanıb.

11 Mart 2025, 10:45

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb 

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

11 Mart 2025, 10:43

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı  

Gəncə şəhərində məktəbli bıçaqlanıb.Citypost.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb.O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.Faktla bağlı araşdırma aparılır.

10 Mart 2025, 15:30

Lerikdə zəlzələ oldu: digər rayonlarda da hiss edildi  

Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

10 Mart 2025, 11:30