Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb
İqtisadiyyat 26 Mart 2025, 10:00

879
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,05% azalaraq 3052,70 ABŞ dollarına bərabər olub.
Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,20% azalaraq 34,12 ABŞ dollarına bərabər olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 25 mln. 70 min manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% və ya 577 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 24 milyon 493 min manat sığorta haqqı toplanılmışdı.Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 19 mln. 830 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18.4% və ya 3 mln. 80 min manat çoxdur. Ötən ilin ilk 2 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 16 mln. 750 min manat...
01 Aprel 2025, 15:48

Qızıl ilin əvvəlindən 500 dollardan çox bahalaşıb
Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti cari ilin əvvəli ilə müqayisədə 20.2% və ya 534 ABŞ dolları artaraq 3175 ABŞ dolları təşkil edib.COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə cari ilin əvvəli ilə müqayisədə 18.4% və ya 5.4 ABŞ dolları artaraq 34.8 ABŞ dollarına bərabər olub.Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib....
01 Aprel 2025, 10:45

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.04.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.Citypost.az xəbər verir ki, avronun məzənnəsi 1 % azalaraq 1,8400 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,7 % azalaraq 2,0443 manat təşkil edib.
01 Aprel 2025, 10:15

Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,31% artaraq 3 155 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.
31 Mart 2025, 10:19

Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,23 ABŞ dolları və ya 0,3% azalaraq 76,06ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,29 ABŞ dolları təşkil edib.
28 Mart 2025, 13:21

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.29 ABŞ dolları və ya 1.72% artaraq 76,29 ABŞ dollarına çatıb.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75 ABŞ dolları təşkil edib.
27 Mart 2025, 11:55