Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nefti 113 dollardan 106 dollara gerilədi

İqtisadiyyat 05 Noyabr 2026, 10:00

190

Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.

Citypost.az  xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Comstock" şirkəti arasında "Legacy Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 20 %-nin, "Western Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 15 %-nin, eləcə də "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 %-lik iştirak payının 15 %-nin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.Citypost.az bu barədə SOCAR-a istinadən xəbər verir.Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.SOCAR-ın "Western Haynesville" layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 % gəlirlilik əldə...

05 Noyabr 2026, 09:29

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.Citypost.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.Sənədə əsasən, xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur....

04 Noyabr 2026, 12:22

Azərbaycan neftinin qiyməti 113 dollara düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,05dollar və ya 2,62% azalaraq 113,45 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,5 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

04 Noyabr 2026, 09:33

"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 242 500 manat və yaxud 2 dəfə artıraraq 14 770 000 manatdan 30 012 500 manata çatdırmağı planlaşdırır.Citypost.az  şirkətə istinadən xəbər verir ki, kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 715 manata çatdırılması hesabına baş tutacaq.Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur....

03 Noyabr 2026, 19:33

Azərbaycanda pul bazasında kəskin artım

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub.Citypost.az-a bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilibMəlumata görə, son bir ayda pul bazası 1,32% artıb.İllik müqayisədə isə pul bazası 17,53% artıb.

03 Noyabr 2026, 12:00

Dövlət Neft Fondunun büdcəyə transfertləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.Bu barədə Citypost.az-a Dövlət Neft Fondundan məlumat verilib.Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.Əlavə etmək lazımdır ki, bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur....

03 Noyabr 2026, 09:40