Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan neftinin qiyməti cüzi artıb

İqtisadiyyat 29 Noyabr 2024, 10:30

4796

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,05 ABŞ dolları və ya 0,007% artaraq74,84 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,79 dollar təşkil edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib."Report" Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır....

09 Noyabr 2026, 18:43

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5% artıb

Noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905.579-a çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62.779 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248.695 olub.

06 Noyabr 2026, 17:43

Azərbaycan nefti 113 dollardan 106 dollara gerilədi

Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.Citypost.az  xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

05 Noyabr 2026, 10:00

SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Comstock" şirkəti arasında "Legacy Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 20 %-nin, "Western Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 15 %-nin, eləcə də "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 %-lik iştirak payının 15 %-nin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.Citypost.az bu barədə SOCAR-a istinadən xəbər verir.Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.SOCAR-ın "Western Haynesville" layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 % gəlirlilik əldə...

05 Noyabr 2026, 09:29

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.Citypost.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.Sənədə əsasən, xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur....

04 Noyabr 2026, 12:22

Azərbaycan neftinin qiyməti 113 dollara düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,05dollar və ya 2,62% azalaraq 113,45 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,5 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

04 Noyabr 2026, 09:33