Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşıb
İqtisadiyyat 12 Fevral 2025, 10:14

509
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb.
Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,43% artaraq 78,98 ABŞ dollarına çatıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77,87 ABŞ dolları təşkil edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanın qeyri-neft ixracı 7%-ə yaxın artıb
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəricilərdə bildirilib.Qeyd edilib ki, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı...
10 Mart 2025, 10:44

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,13% artaraq 2 918 ABŞ dollarına bərabər olub.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,31% artaraq 32,91 ABŞ dollarına bərabər olub.
10 Mart 2025, 10:00

Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.Citypost.az-ın məlumatına görə, 2025-ci il martın 10-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0466 manat təşkil edib. Rusiyanın 100 rublu 1,8889 manata kimi ucuzlaşıb, avro isə 1,8412 manatadək bahalaşıb.
10 Mart 2025, 09:49

“e-mühasibat” informasiya sistemi yaradılacaq
“e-mühasibat” informasiya sistemi yaradılacaq.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini, mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə...
07 Mart 2025, 12:53

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,45% azalaraq 2 913,4 ABŞ dollarına bərabər olub.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,46% azalaraq 33,19 ABŞ dollarına bərabər olub.
07 Mart 2025, 10:17

Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,78% artaraq 71,96 ABŞ dollarına çatıb.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,4 ABŞ dolları təşkil edib.
07 Mart 2025, 10:00