Bizə yazın

Baku

-°C

USD

-

Zəkiyyə Musayeva: Üçrəngli bayraq bütöv Vətənin səmasında qürurla dalğalanır

Siyasət 12 Noyabr 2026, 10:56

458

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, Zəkiyyə Musayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan xalqının birliyi nəticəsində 30 illik həsrətə son qoyulub, tarixi ədalət bərpa edilib.

Zəkiyyə Musayeva vurğulayıb ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları ölkənin bütün ərazisində qüvvədədir. Onun sözlərinə görə, Şuşadan Xankəndiyə, Laçından digər azad edilmiş ərazilərə qədər hər yerdə dövlət suverenliyi təmin olunub.

Şöbə müdiri qeyd edib ki, üçrəngli Azərbaycan bayrağı bütöv Vətənin səmasında qürurla dalğalanır, işğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlanır, dağıdılmış yaşayış məntəqələri bərpa olunur.

O, Azərbaycanın suverenliyinin əbədi olacağına və ölkənin tarixi Zəfərinin gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacağına diqqət çəkib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

X.Cəfərli: “Müsəlman Qardaşları” Azərbaycanda təşkilatlanmağa çalışır

Təxminən bir il öncə yazdığım “Siyasi islamın ləğvinə start verilir” başlıqlı bir yazıda  Prezident Donald Trampın “Müsəlman Qardaşları” şəbəkəsinin bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunun başladılması ilə bağlı imzaladığı sərəncamın təsadüfi hadisə olmadığına diqqət çəkmək istəmişdim. Son günlər baş verən hadisələr qənaətlərimin yanlış olmadığını göstərir.  Qahirə Cinayət Məhkəməsi aralarında “Avropa Müsəlmanları Şurası”, “Fətva və Tədqiqat üzrə Avropa Şurası, “İmamlar Şurası”, “Müsəlman Ailələri üzrə Avropa Şurası”, “Müsəlman Qadınlar üzrə Avropa Şurası”, “Avropa Quran Şurası”, “İslam Tələbələrinin Avropa Forumu”, “Avropa Humanitar Elmlər İnstitutu (müxtəlif filialları da daxil olmaqla)”, “Fransa Müsəlmanları Fondu”, “Böyük Britaniya Müsəlman Assosiasiyası”, “İsveçrə Müsəlman...

12 Noyabr 2026, 10:58

Mirfaiq Mirheydərli: “Göy məscid azərbaycanlılara məxsus məbəddir, Paşinyan bunu bəyan etməlidir”

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Mirfaiq Mirheydərli İrəvandakı Göy məscid ətrafında baş verən proseslərə və İranın bu məsələdəki mövqeyinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Mirfaiq Mirheydərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Göy məscid ətrafında baş verən son hadisələr və İranın bu məsələyə müdaxiləsi regionda davam edən sülh prosesinə xələl gətirmək məqsədi daşıya bilər.Fəlsəfə doktorunun fikrincə, Ermənistan rəhbərliyinin Göy məscidi İran (fars) məscidi kimi təqdim etmək cəhdləri Nikol Paşinyan və komandasının əvvəlki hakimiyyətlərin siyasətini davam etdirdiyini göstərir.Mirfaiq Mirheydərli hesab edir ki, Ermənistanın baş naziri bu məsələdə açıq mövqe ortaya qoymalı və Göy məscidin azərbaycanlılara...

12 Noyabr 2026, 08:12

Q.Əlibəyli: İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır

Ermənistan hökumətinin noyabrın 12-də parlamentin növbədənkənar iclasını çağırmaq və həmin iclasda səhmdar cəmiyyətlərinin fəaliyyətini nizamlayan qanunvericiliyə dəyişikliklər etmək, bu dəyişikliklərin müzakirəsini isə sürətli prosedurla həyata keçirmək təklifi arxasında daha böyük siyasi seçim görünür. Bu seçimin mahiyyəti ondan ibarətdir ki, rəsmi İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır.Hökumətin təklif etdiyi prosedur tələsikliyin miqyasını göstərir. Yeddi qanun layihəsindən ibarət paketin birinci və ikinci oxunuşlarda müzakirəsi, ikinci oxunuşun birincidən sonrakı 24 saat ərzində keçirilməsi nəzərdə tutulur. Yazılı təkliflərin təqdimi və komissiya rəhbərinin rəyi üçün cəmi üç saat ayrılması təklif olunur. Dəyişikliklər Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr əsasında yaradılan və dövlətin ən...

12 Noyabr 2026, 08:04

Telli Pənahqızı: “Göy məscid muzeyə çevriləndə niyə etiraz etmirlər?”

Əməkdar mədəniyyət işçisi, şairə Telli Pənahqızı İrəvanda yerləşən Göy məscidin muzeyə çevrilməsinə və orada erməni şairi Yeqişe Çarentsin abidəsinin qoyulmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Telli Pənahqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, bir müddət əvvəl Azərbaycanda azyaşlı məktəbli qızların baş örtüyü ilə bağlı məsələ ətrafında etirazlarını ifadə edən və ölkəmizin daxili işlərinə müdaxilə etdiyini düşündüyü qrupların Göy məscidlə bağlı susqunluğunu tənqid edib.“Bəs hanı bir ay əvvəl saçlarını yolub, vay-şivən qoparan, Azərbaycanda kiçik yaşlı məktəbli qızların baş örtüyü qadağası ilə bağlı hay-küy salan, ölkəmizin daxili məsələsinə burnunu soxan qaragüruh dəstələr? Niyə İrəvanda ermənilərin Azərbaycan xalqına məxsus olan Göy məscidi...

12 Noyabr 2026, 07:00

Rüstəm Dastanoğlu: “Zəfər bayramının iki ölkə prezidentinin birgə qeyd etməsi hər iki xalqın ürəyincə oldu”

Yazıçı Rüstəm Dastanoğlu Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birgə qeyd etməsini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, Rüstəm Dastanoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birlikdə qeyd etməsi hər iki ölkənin ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.“Zəfər bayramını Türkiyə və Azərbaycan prezidentlərinin birgə qeyd etməsi hər iki dövlətin ictimaiyyətinin ürəyincə oldu!”, – deyə yazıçı vurğulayıb.Turan ...

12 Noyabr 2026, 06:30

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitində geyimi ilə diqqət çəkib.Citypost.az Globalinfo.az-a istinadən əbər verir ki, Ərdoğan sammitdə Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın təsviri olan qalstuk taxıb.Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən xüsusi hazırlanmış yaşıl fonlu qalstukun üzərində KAAN təyyarəsinin motivləri əks olunub.Prezident Ərdoğanın milli döyüş təyyarəsinin simvolikasını əks etdirən bu seçimi ölkənin müdafiə sənayesinə verilən önəmin nümayişi kimi qiymətləndirilir....

11 Noyabr 2026, 21:30