Bizə yazın

Baku

-°C

USD

-

X.Cəfərli: “Müsəlman Qardaşları” Azərbaycanda təşkilatlanmağa çalışır

Siyasət 12 Noyabr 2026, 10:58

459

Təxminən bir il öncə yazdığım “Siyasi islamın ləğvinə start verilir” başlıqlı bir yazıda  Prezident Donald Trampın “Müsəlman Qardaşları” şəbəkəsinin bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunun başladılması ilə bağlı imzaladığı sərəncamın təsadüfi hadisə olmadığına diqqət çəkmək istəmişdim. Son günlər baş verən hadisələr qənaətlərimin yanlış olmadığını göstərir.  

Qahirə Cinayət Məhkəməsi aralarında “Avropa Müsəlmanları Şurası”, “Fətva və Tədqiqat üzrə Avropa Şurası, “İmamlar Şurası”, “Müsəlman Ailələri üzrə Avropa Şurası”, “Müsəlman Qadınlar üzrə Avropa Şurası”, “Avropa Quran Şurası”, “İslam Tələbələrinin Avropa Forumu”, “Avropa Humanitar Elmlər İnstitutu (müxtəlif filialları da daxil olmaqla)”, “Fransa Müsəlmanları Fondu”, “Böyük Britaniya Müsəlman Assosiasiyası”, “İsveçrə Müsəlman Liqası”, “Almaniya İslam Assambleyası”, eləcə də İsveç və İtaliyadakı  müsəlman birlikləri daxil olmaqla 35 təşkilat və 36 şəxsi terror təşkilatları siyahısına daxil edib. 

Qahirə Cinayət Məhkəməsinin terrorçular sırasına daxil etdiyi 36 şəxs arasında “The Cordoba Foundation” Mərkəzinin qurucusu Ənəs Usama Tofiq əl-Tikriti, “Müsəlman qardaşları” Avropa şəbəkəsinin maliyyə naziri adlandırılan İbrahim Faruk Məhəmməd əl-Zayyat, “Müsəlman qardaşları” Avropa şəbəkəsinin rəhbərlərindən hesab olunan Əbdül Əziz Məhəmməd Əbdül Əziz İbrahim (Həmzə Korkmaz) və Hüseyn Məhəmməd Məhəmməd Məhəmməd Halava, Müsəlman qardaşları” şəbəkəsinin Rusiyadakı liderlərindən biri Vissam əl-Bərdəvilin də adı var. 

Qahirə Cinayət Məhkəməsinin “Müsəlman qardaşları” şəbəkəsinə qarşı bu qədər geniş miqyaslı və əhatəli hüquqi qərarın çox böyük təsir doğuracağını proqnozlaşdırmaq çətin deyil. 

Qənaətimcə, İran və onun terror şəbəkəsi ilə bağlı problemlər həll olunduqdan sonra “Müsəlman qardaşları” şəbəkəsinə qarşı çox geniş miqyaslı cəza tədbirlərinin görüləcəyini proqnozlaşdırmaq çətin deyil. Qərb ölkələri ilə yanaşı Çin, Hindistan, Rusiya, İsrail və əksər ərəb ölkələrinin bu prosesdə yer alacağı ehtimalı yüksəkdir. 

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərini qadağan etməsinə qarşı xaricdən başladılan sərt reaksiyanın arxasında “Müsəlman qardaşları” şəbəkəsinin dayandığına şübhə etmirəm. Bu şəbəkənin Azərbaycan cəmiyyətində də şəbəkələşdiyini düşünməyə əsas verən məqamlar var. Təhlillər göstərir ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman 2022-ci ildə “mötədil islam”a qayıtdıqlarını bəyan edərək “vəhabilik”liyin dövlət ideologiyasında və dini həyatında rolunu kəskin şəkildə azaldan qərarından sonra bu təriqqətin bütün dünyada, o cümlədən də Azərbaycanda mövqeləri zəifləyib. Öncə fetocuların, ardınca da “vəhabilər”in siyasi himayədən məhrum olmasından sonra yaranmış boşluğu “Erengöy cemmatı”, “Menzil cemmatı”, “İsmailağa cemmatı” və digər dini təşkilatların simasında Azərbaycanda təşkilatlanmağa çalışan “Müsəlman qardaşları” doldurmağa çalışır. Bu gün Azərbaycanda qeyri-ənənəvi təriqətlər içərisində ən güclüsünün və ən radikalının “Müsəlman qardaşları” olduğu ehtimal olunur. 

Qahirə Cinayət Məhkəməsinin “Müsəlman Qardaşları” şəbəkəsinə qarşı qərarı, “hicab” ətrafında yaradılmış xarici təsirli etiraz hərəkətləri göstərir ki, “Müsəlman Qardaşları” şəbəkəsinin Azərbaycanda terror təşkilatı kimi tanınmasının zamanı çatıb. Əgər, bu addımı atmasaq öncə Azərbaycanın etno-mədəni, daha sonra isə siyasi kimliyini məhv etməyi hədəfləyən terror şəbəkəsinin bədnam planlarının qarşısını almaq çətin olacaq. 

Xəqani Cəfərli

Politoloq

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zəkiyyə Musayeva: Üçrəngli bayraq bütöv Vətənin səmasında qürurla dalğalanır

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Zəkiyyə Musayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan xalqının birliyi nəticəsində 30 illik həsrətə son qoyulub, tarixi ədalət bərpa edilib.Zəkiyyə Musayeva vurğulayıb ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları ölkənin bütün ərazisində qüvvədədir. Onun sözlərinə görə, Şuşadan Xankəndiyə, Laçından digər azad edilmiş ərazilərə qədər hər yerdə dövlət suverenliyi təmin olunub.Şöbə müdiri qeyd edib...

12 Noyabr 2026, 10:56

Mirfaiq Mirheydərli: “Göy məscid azərbaycanlılara məxsus məbəddir, Paşinyan bunu bəyan etməlidir”

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Mirfaiq Mirheydərli İrəvandakı Göy məscid ətrafında baş verən proseslərə və İranın bu məsələdəki mövqeyinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Mirfaiq Mirheydərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Göy məscid ətrafında baş verən son hadisələr və İranın bu məsələyə müdaxiləsi regionda davam edən sülh prosesinə xələl gətirmək məqsədi daşıya bilər.Fəlsəfə doktorunun fikrincə, Ermənistan rəhbərliyinin Göy məscidi İran (fars) məscidi kimi təqdim etmək cəhdləri Nikol Paşinyan və komandasının əvvəlki hakimiyyətlərin siyasətini davam etdirdiyini göstərir.Mirfaiq Mirheydərli hesab edir ki, Ermənistanın baş naziri bu məsələdə açıq mövqe ortaya qoymalı və Göy məscidin azərbaycanlılara...

12 Noyabr 2026, 08:12

Q.Əlibəyli: İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır

Ermənistan hökumətinin noyabrın 12-də parlamentin növbədənkənar iclasını çağırmaq və həmin iclasda səhmdar cəmiyyətlərinin fəaliyyətini nizamlayan qanunvericiliyə dəyişikliklər etmək, bu dəyişikliklərin müzakirəsini isə sürətli prosedurla həyata keçirmək təklifi arxasında daha böyük siyasi seçim görünür. Bu seçimin mahiyyəti ondan ibarətdir ki, rəsmi İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır.Hökumətin təklif etdiyi prosedur tələsikliyin miqyasını göstərir. Yeddi qanun layihəsindən ibarət paketin birinci və ikinci oxunuşlarda müzakirəsi, ikinci oxunuşun birincidən sonrakı 24 saat ərzində keçirilməsi nəzərdə tutulur. Yazılı təkliflərin təqdimi və komissiya rəhbərinin rəyi üçün cəmi üç saat ayrılması təklif olunur. Dəyişikliklər Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr əsasında yaradılan və dövlətin ən...

12 Noyabr 2026, 08:04

Telli Pənahqızı: “Göy məscid muzeyə çevriləndə niyə etiraz etmirlər?”

Əməkdar mədəniyyət işçisi, şairə Telli Pənahqızı İrəvanda yerləşən Göy məscidin muzeyə çevrilməsinə və orada erməni şairi Yeqişe Çarentsin abidəsinin qoyulmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Telli Pənahqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, bir müddət əvvəl Azərbaycanda azyaşlı məktəbli qızların baş örtüyü ilə bağlı məsələ ətrafında etirazlarını ifadə edən və ölkəmizin daxili işlərinə müdaxilə etdiyini düşündüyü qrupların Göy məscidlə bağlı susqunluğunu tənqid edib.“Bəs hanı bir ay əvvəl saçlarını yolub, vay-şivən qoparan, Azərbaycanda kiçik yaşlı məktəbli qızların baş örtüyü qadağası ilə bağlı hay-küy salan, ölkəmizin daxili məsələsinə burnunu soxan qaragüruh dəstələr? Niyə İrəvanda ermənilərin Azərbaycan xalqına məxsus olan Göy məscidi...

12 Noyabr 2026, 07:00

Rüstəm Dastanoğlu: “Zəfər bayramının iki ölkə prezidentinin birgə qeyd etməsi hər iki xalqın ürəyincə oldu”

Yazıçı Rüstəm Dastanoğlu Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birgə qeyd etməsini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, Rüstəm Dastanoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birlikdə qeyd etməsi hər iki ölkənin ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.“Zəfər bayramını Türkiyə və Azərbaycan prezidentlərinin birgə qeyd etməsi hər iki dövlətin ictimaiyyətinin ürəyincə oldu!”, – deyə yazıçı vurğulayıb.Turan ...

12 Noyabr 2026, 06:30

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitində geyimi ilə diqqət çəkib.Citypost.az Globalinfo.az-a istinadən əbər verir ki, Ərdoğan sammitdə Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın təsviri olan qalstuk taxıb.Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən xüsusi hazırlanmış yaşıl fonlu qalstukun üzərində KAAN təyyarəsinin motivləri əks olunub.Prezident Ərdoğanın milli döyüş təyyarəsinin simvolikasını əks etdirən bu seçimi ölkənin müdafiə sənayesinə verilən önəmin nümayişi kimi qiymətləndirilir....

11 Noyabr 2026, 21:30