Bizə yazın

Baku

-°C

USD

-

Qaraciyər fibrozu nədir və geri dönə bilərmi?

Tibb 01 May 2026, 11:45

6942

Qaraciyər fibrozu qaraciyər fibrozu qaraciyərin normal, yumşaq və elastik toxumasının uzunmüddətli zədələnmə nəticəsində birləşdirici toxuma ilə əvəz olunmasıdır. Bu proses adətən xroniki iltihab və davamlı xəstəliklər fonunda baş verir.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, fibroz mərhələli şəkildə inkişaf edir və 4-cü mərhələ (F4) artıq qaraciyər sirrozu-na keçid mərhələsi hesab olunur. Bu mərhələdə qaraciyərin funksiyası ciddi şəkildə pozula bilər.

Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Ən çox rast gəlinən səbəblər arasında hepatit B və hepatit C kimi virus mənşəli hepatitlər yer alır. Bundan əlavə, qaraciyər yağlanması, şəkərli diabet, metabolik pozuntular və uzun müddət bəzi dərmanların qəbulu da fibroz riskini artırır.

Sevindirici məqam isə odur ki, qaraciyər fibrozu erkən mərhələdə aşkar olunarsa, prosesin qarşısını almaq və hətta müəyyən dərəcədə geri döndərmək mümkündür. Bunun üçün əsas şərt səbəbin vaxtında müəyyən olunması və uyğun müalicənin başlanmasıdır.

Nəticə olaraq, erkən diaqnostika və düzgün yanaşma qaraciyər sağlamlığını qorumaqda həlledici rol oynayır.

Əli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yüksək təzyiqin gizli təhlükələrinə diqqət! – KARDİOLOQ DANIŞDI

Arterial təzyiq insan sağlamlığının əsas göstəricilərindən biridir. Təzyiqin normadan yüksək olması uzun müddət heç bir ciddi əlamətlə özünü göstərməsə də, zaman keçdikcə ürək-damar sistemində, beyində və digər orqanlarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə bəzi insanlar yüksək təzyiqi hiss etmədikləri üçün həkimə müraciət etmir, müalicəni gecikdirir və bununla da sağlamlıqlarını risk altına qoyurlar.Kardioloq Afaq Qəhrəmanova Citypost.az-a açıqlamasında arterial təzyiqin göstəriciləri, normal hesab olunan rəqəmlər və yüksək təzyiqin yarada biləcəyi təhlükələr barədə danışıb.Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir. Sistolik təzyiq ürək yığıldığı zaman qanın damarlara vurulması nəticəsində yaranan təzyiqi, diastolik təzyiq isə ürək...

09 Noyabr 2026, 10:30

Körpəni qalın geyindirmək hansı riskləri yaradır? – PEDİATR DANIŞDI

Yeni doğulmuş körpələrin sağlam böyüməsi və rahat inkişafı üçün onların yaşadığı mühitin temperaturu xüsusi əhəmiyyət daşıyır. Xüsusilə həyatının ilk aylarında körpələrin bədən temperaturunu tənzimləmə mexanizmi tam formalaşmadığından otağın həddindən artıq isti və ya soyuq olması müəyyən sağlamlıq problemlərinə yol aça bilər. Bu baxımdan valideynlər körpənin otağında temperatur rejiminə, geyiminə və havanın keyfiyyətinə diqqət yetirməlidirlər.Pediatr Turan Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulmuş körpənin otağında temperaturun təxminən 23 dərəcə Selsi səviyyəsində saxlanılması tövsiyə olunur. Onun sözlərinə görə, otağın temperaturu ilə yanaşı, körpənin necə geyindirilməsi də mühüm məsələlərdən biridir.Həkim qeyd edib ki, körpənin geyimi seçilərkən valideynlər öz rahatlıqlarını da nəzərə ala bilərlər....

09 Noyabr 2026, 09:30

AĞRIKƏSİCİLƏRƏ ALDANMAYIN! Həkimdən baş ağrısı ilə bağlı xəbərdarlıq

Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, onun tez-tez təkrarlanması və qəbul edilən dərmanlara baxmayaraq keçməməsi ciddi yanaşma tələb edir. Bəzi insanlar baş ağrısı yarandıqda həkimə müraciət etmək əvəzinə, özbaşına ağrıkəsici dərman qəbul etməyə üstünlük verirlər. Lakin bu üsul ağrını müvəqqəti azaltsa da, onun yaranmasına səbəb olan əsas problemi aradan qaldırmır.Terapevt-kardioloq Aytən Yüzbaşıyeva Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısının müalicəsində ilk növbədə onun hansı səbəbdən yarandığı müəyyənləşdirilməlidir. Həkimin sözlərinə görə, baş ağrısını hər dəfə dərman vasitəsilə aradan qaldırmağa çalışmaq düzgün yanaşma deyil. Çünki ağrı orqanizmdə baş verən müəyyən dəyişikliklərin və ya sağlamlıq problemlərinin əlaməti...

09 Noyabr 2026, 08:30

Diabetik ayaq yaralarında hansı bakteriyalar təhlükə yaradır? – Həkimdən infeksiyalarla bağlı açıqlama

Qış aylarında müxtəlif infeksion xəstəliklərlə yanaşı, xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlarda yara infeksiyaları, yumşaq toxumaların iltihabı və diabetik ayaq problemləri də ciddi narahatlıq doğurur. Bu cür yaralar vaxtında aşkar edilmədikdə və düzgün müalicə olunmadıqda daha dərin toxumalara yayıla, sümük infeksiyasına, hətta bəzi hallarda amputasiya zərurətinə səbəb ola bilər. Problemin əsas çətinliklərindən biri isə yaranın hansı bakteriya tərəfindən törədildiyini müəyyənləşdirmək və buna uyğun antibiotik müalicəsi seçməkdir.Doktor Eldar Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, diabetik ayaq yaralarında və cərrahi müdaxilələrdən sonra yaranan infeksiyalarda bakteriyanın düzgün müəyyənləşdirilməsi müalicənin uğuru baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə dərin və yumşaq toxuma infeksiyalarında törədicinin...

06 Noyabr 2026, 11:00

Limon suyu yüksək təzyiq dərmanlarını əvəz edə bilərmi? – Endokrinoloqdan xəbərdarlıq

Yüksək arterial təzyiqdən əziyyət çəkən bəzi insanlar dərman preparatlarından istifadə etmək əvəzinə təbii vasitələrə üstünlük verirlər. Xüsusilə limon suyunun təzyiqi aşağı saldığına dair fikirlər cəmiyyətdə geniş yayılıb. Bəzi şəxslər limon suyu içdikdən sonra özlərini daha yaxşı hiss etdiklərini əsas gətirərək həkimin təyin etdiyi dərmanları qəbul etməyi dayandırırlar. Lakin bu yanaşma sağlamlıq üçün ciddi risklər yarada bilər. Çünki hər hansı qida məhsulunun müəyyən faydalı xüsusiyyətlərə malik olması onun dərman preparatlarını əvəz edə biləcəyi demək deyil.Endokrinoloq Ayşən Eldar Citypost.az-a açıqlamasında bildirib ki, limon suyunun arterial təzyiqə müsbət təsir göstərə biləcəyi ilə bağlı bəzi elmi araşdırmalar mövcud olsa da, onun hipertoniya müalicəsində istifadə...

06 Noyabr 2026, 10:00

Hərarəti dərhal salmaq lazımdırmı? – Həkimdən temperaturun orqanizm üçün əhəmiyyəti ilə bağlı açıqlama

İnsan orqanizmi hər hansı virus və ya bakterial infeksiya ilə qarşılaşdıqda ilk müdafiə reaksiyalarından biri bədən temperaturunun yüksəlməsidir. Bir çox insan hərarət yaranan kimi onu mümkün qədər tez aşağı salmağa çalışır. Xüsusilə temperatur 37,5-38 dərəcəyə çatdıqda dərman qəbul etmək geniş yayılmış vərdişlərdəndir. Lakin hərarətin yüksəlməsi heç də həmişə orqanizm üçün zərərli proses hesab edilməməlidir. Əksinə, bu, immun sisteminin infeksiyaya qarşı mübarizə mexanizmlərindən biridir.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, bədən temperaturunun yüksəlməsi orqanizmin müdafiə sisteminin aktivləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, infeksiya zamanı yaranan hərarət bədənin təhlükəyə qarşı verdiyi təbii reaksiyadır və bu prosesi hər dəfə dərhal dayandırmağa...

06 Noyabr 2026, 09:00