Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 17 Mart 2025, 12:07

219
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Citypost.az-ın xəbərinə görə, məlumatda qeyd edilib ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabil keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.
"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir.
Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır", - məlumatda bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa göndərilirdi...
Hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
17 Mart 2025, 18:48

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.
17 Mart 2025, 17:29

Ölkədə doğulanların sayı artıb
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb.
17 Mart 2025, 15:55

Azərbaycanda boşanma sayı çoxalıb
Ötən ay qeydə alınan boşanmaların sayı açıqlanıb.
17 Mart 2025, 15:49

Azərbaycanda əhalinin sayı artıb
2025-ci ilin yanvar ayında əhalinin sayı 2935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10227824 nəfərə çatıb.Bu barədə
17 Mart 2025, 15:38

Bayram namazı nə zaman qılınacaq?
Bayram namazı mart ayının 30-da qılınacaq.
17 Mart 2025, 14:04