Peskov: "Putin qərarları özü verir"
Dünya 17 Mart 2025, 16:29

292
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz səfərləri ilə bağlı qərarları müstəqil qəbul edir və onlar şübhəsiz həyata keçirilir.
Citypost.az xəbər verir ki, Peskovun sözlərinə görə, geniş dəstək alan dövlət başçısı mövcud vəziyyətə əsasən qərarlar qəbul edir.
“Bu, xalq tərəfindən seçilən, bütün dünyada unikal dəstəyi olan bir prezidentdir, təbii ki, o, indiki məqamda məqsədəuyğun hesab etdiyi qərarlar qəbul edir”, - deyə mətbuat katibi bildirib.
Putin bu yaxınlarda Kursk vilayətinə səfər edib və burada Kursk qoşun qrupunun komanda məntəqəsində görüş keçirib. Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya qoşunlarının Ukrayna hərbçiləri tərəfindən əvvəllər işğal olunmuş ərazilərin 86%-dən çoxunu azad etdiyini, Ukrayna Silahlı Qüvvələrinin itkilərinin isə 67 min nəfəri keçdiyini bildirib. O, həmçinin bildirib ki, Kiyev rejiminin yaraqlıları fəal şəkildə təslim olur və Rusiya hərbçiləri 430 şəxsi əsir götürüb.
Səfər zamanı Putin qarşısına Kursk vilayətində düşməni nəhayət məğlub etmək və ərazini tamamilə azad etmək vəzifəsi qoyub. O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölgədəki qruplaşması təcrid olunub və sistemli şəkildə məhv edilir, müəyyən istiqamətlərdə Rusiya bölmələri sərhədi keçərək Sumı vilayətinə daxil olub.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu ölkə Belçikanın bütün diplomatlarını qovur
Ruanda hakimiyyəti bütün Belçika diplomatlarına 48 saat ərzində ölkə ərazisini tərk etmələri barədə göstəriş verib.
17 Mart 2025, 19:00

Çin Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb
Çin Xalq Respublikası (ÇXR) Avropa İttifaqı (Aİ) ilə dialoqun və əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
17 Mart 2025, 18:22

Vuçiç: "Serbiyada Kiyev “Maydanı”nı təkrarlamaq mümkün olmayacaq"
Serbiyada Kiyev “Maydanı”nın nümunələri ilə inqilabı təkrarlamaq mümkün olmayacaq.
17 Mart 2025, 18:18

NATO "Oreşnik" üzündən bütün Avropaya təyyarələrini dağıtmalıdır-"Foreign Policy"
"Foreign Policy" jurnalı yazır ki, NATO Rusiyanın "Oreshnik" raket sisteminə qarşı həssaslığını nəzərə alaraq öz təyyarələrini bütün Avropaya yaymalıdır.
17 Mart 2025, 18:08

Qəzzada hökumət: İsrail yalan bəyanatlar verir
Qəzza hökuməti bəyan edib ki, İsrail ordusu Beyt Lahiyada törətdiyi cinayəti qanuniləşdirmək üçün ictimaiyyəti çaşdırmaq üçün yalan bəyanatlar verib.
17 Mart 2025, 18:00

9 ay kosmosda qalan ABŞ astronavtları yerə qayıdırlar
NASA, Butch Wilmore və Suni Williamsın sabah axşam "SpaceX" vasitəsi ilə Yerə qayıdacaqlarını açıqlayıb.
17 Mart 2025, 17:49