Bizə yazın

Baku

-°C

USD

-

"Aİ Ukraynaya azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır"-Siyarto

Dünya 17 Mart 2025, 16:00

207

"Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Ukraynaya ən azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır, Macarıstan isə bu cür planlara qarşı çıxacaq".

Citypost.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ tərəfdaşları ilə görüş üçün Brüsselə gələrkən bildirib.

“Brüsseldə hərbi əməliyyatları dəstəkləyən mövqe üstünlük təşkil etməkdə davam edir. Xarici İşlər Şurasının bugünkü iclasında Ukraynaya azı 20 milyard avro məbləğində maliyyə yardımı paketi hazırlanır. Biz özümüzü buna cəlb etməyə imkan verməyəcəyik və macar vergi ödəyicilərinin pullarının Ukraynaya silah tədarükü üçün istifadə edilməsi qəbuledilməzdir”, – Siyarto qeyd edib.

Nazirin qeyd etdiyi kimi, bunun əvəzində Macarıstan Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə dinc danışıqları dəstəkləyir. O, əlavə edib ki, son üç ildə sülhə ümid heç vaxt indiki qədər yaxın olmayıb, ona görə də Brüsselin sülh danışıqlarını qeyri-mümkün etmək niyyəti qəbuledilməzdir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66