Bizə yazın

Baku

-°C

USD

-

"Kiyevə 40 milyard avroluq yardım planının təsdiqi ilə bağlı problemlər var"-Kallas

Dünya 17 Mart 2025, 14:49

235

Avropa İttifaqı (Aİ) Ukraynaya 40 milyard avroluq yeni yardım tranşını təsdiq etməzdən əvvəl bir çox detallar üzərində razılaşmalıdır.

Citypost.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas İttifaqın xarici işlər nazirlərinin iclasına gələrkən bildirib.

"Bu qərara ümumi siyasi dəstək var, lakin hələ razılaşdırılmalı olan bir çox detallar var. Müdafiə nazirləri hələ də bu mövzu haqqında danışmalıdırlar və biz onları dinləmək niyyətindəyik", - o deyib.

Eyni zamanda, Kallas martın 6-da planı da təsdiqləməyən Aİ sammitində onun ən qısa zamanda qəbul edilməsi barədə qərar verildiyini xatırladıb və qalan problemlərin də tezliklə həll ediləcəyinə söz verib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66