Bizə yazın

Baku

-°C

USD

-

Ötən gün vətəndaşların bank kartlarından 52 min manata yaxın vəsait oğurlanıb

Hadisə 18 Aprel 2025, 10:00

345

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

CityPost.az xəbər verir ki, bu barədə DİN-in mətubat xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi” 

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir. Bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir. “Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin...

19 Aprel 2025, 14:18

Ötən gün dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılıb 

Ötən gün dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, polis əməkdaşlarının aprelin 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

19 Aprel 2025, 13:55

“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb 

Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.Bu barədə CityPost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb.Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam...

19 Aprel 2025, 12:13

Qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda ahıl qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki,  paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır....

19 Aprel 2025, 11:16

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb 

Xaçmaz rayonunda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb. 15 yaşlı Bağırov Elçin Elman oğlunun meyiti şəhər saatlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.E.Bağırov rayonun Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Onun 15 yaşı aprelin 17-də tamam olub.Faktla bağlı araşdırma aparılır.

19 Aprel 2025, 11:04

Ermənistanda İrana məxsus yük maşını aşıb 

Ermənistanın Sünik vilayətində İrana məxsus yük maşını aşıb.Bu barədə “Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir.Məlumata görə, hadisə bu gün gündüz saatlarında baş verib. 47 yaşlı sürücü Kərim Nəzəri idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.

18 Aprel 2025, 21:41