Bizə yazın

Baku

-°C

USD

-

Qəzzada ölənlərin sayı 51 025 nəfərə çatıb 

Dünya 16 Aprel 2025, 18:00

717

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 25 nəfər artaraq 51 min 25 nəfərə çatıb.

CityPost.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 25 nəfər ölüb, 89 yaralı xəstəxanalara çatdırılıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1652 fələstinlinin həyatını itirdiyi, 4391 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 25 nəfərə, yaralı sayının isə 116 min 432 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49