Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Siyasət 16 Aprel 2025, 19:22

592
Aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Bu barədə CityPost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycan Respublikasına etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib. O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.
Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.
Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.
Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sahibə Qafarova Rusiyada mühüm iclasda çıxış etdi
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.
18 Aprel 2025, 18:22

Pezeşkian Azərbaycana səfər edəcək
"İran prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində Azərbaycana böyük nümayəndə heyəti gələcək".
18 Aprel 2025, 15:00

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
18 Aprel 2025, 11:28

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
17 Aprel 2025, 19:19

Milli Məclisin sədri Rusiyaya səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
17 Aprel 2025, 12:20

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.
17 Aprel 2025, 12:06