Bizə yazın

Baku

-°C

USD

-

DİN-dən növbəti xəbərdarlıq: Onlayn alış-veriş edərkən...

Cəmiyyət 13 Aprel 2025, 09:19

638

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.

Citypost.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur:

“Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai vayfay şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya “https:” olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan: Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

15 Aprel 2025, 13:03

Leysan yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar...

15 Aprel 2025, 12:57

Hulusi Akar: Qarabağ Zəfəri dünya üçün nümunə olub  

Qarabağ Zəfəri dünya üçün nümunə olub.Citypost.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: "Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın...

15 Aprel 2025, 12:00

Ölkədə doğum sayı azalıb  

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

15 Aprel 2025, 11:51

Azərbaycanda əhalinin sayı açıqlanıb  

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub."Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub

15 Aprel 2025, 11:00

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb  

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 20690,7 milyon manat və ya hər nəfərə orta hesabla 2022,6 manat olub.Bu barədə Citypost.az-a Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.Dövr ərzində əhalinin sərəncamında qalan gəlirləri 18085,4 milyon manat təşkil edib.

15 Aprel 2025, 10:42