Bizə yazın

Baku

-°C

USD

-

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub  

Cəmiyyət 14 Aprel 2025, 18:42

721

Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Bu barədə Citypost.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında ölkədə hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.

Fərhad Abdullayev, Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.

Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Rafael Qvaladze dövlət başçısı İlham Əliyevə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə minnətdarlığını bildirib.

Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.

Fərhad Abdullayev qeyd edib ki, Xanlar Vəliyev hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə həyata keçirdiyi fəaliyyəti ilə daim yüksək peşəkarlıq göstərib. Həmçinin Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dəyərli töhfələr verəcəyinə əminliyi ifadə edib.

Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çaylarda yüksək sululuq davam edir 

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb....

17 Aprel 2025, 11:25

Gələn il Ağdama 10 min əhalinin köçürülməsi nəzərdə tutulub 

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.Bunu  Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub: “Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.Xüsusi nümayəndə gələcək planlardan da danışıb: “Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”.E.Hüseynov həmçinin vurğulayıb ki, il sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub."Füzulidə də ikinci və üçüncü yaşayış məhəllərinin layihələndirməsini yekunlaşdırmaq üzrəyik. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə...

17 Aprel 2025, 11:24

FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb  

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.Nazirlikdən 

16 Aprel 2025, 21:24

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib  

Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır.

16 Aprel 2025, 20:17

Sabah bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.CityPost.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

16 Aprel 2025, 18:44

Polis gölə düşən sürücünü qucağına götürdü... - Video  

Bakının Qaradağ rayonunda “Leksus” markalı avtomobil yol kənarındakı su hövzəsinə düşüb.CityPost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev video yayıb.Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.(axar.az)

16 Aprel 2025, 17:34