Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşüb
Siyasət 14 Aprel 2025, 16:16

557
14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb.
XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, bundan irəli gələn məsələlərin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb. Sülh və normallaşma prosesinin irəlilədilməsinin qarşısında duran çağırışlar, o cümlədən Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaları, Ermənistanın sürətli silahlanması, habelə keçmiş münaqişədən qalma ATƏT-in Minsk Qrupu və aidiyyəti strukturların mövcudluğu məsələsi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Litva Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Gürcüstan Prezidenti ilə görüşdən görüntülər paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "X" hesabında dövlət başçısının Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən görüntülər paylaşılıb.
16 Aprel 2025, 21:42

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.
16 Aprel 2025, 20:39

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.Bu barədə
16 Aprel 2025, 19:22

Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.CityPost.az xəbər verir ki, başsağlığında deyilir:"Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-da, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin...
16 Aprel 2025, 18:26

Mirzoyan Ceyhun Bayramovla Antalyadakı görüşünə münasibət bildirib
“Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı”.CityPost.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında deyib.“Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Antaliyadakı görüşdə bir qədər irəli addımlamağa çalışdıq. Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır”, - o əlavə edib.
16 Aprel 2025, 15:06

Kavelaşvili: Azərbaycan və Gürcüstan ikili standartların hədəfinə çevrilib
“Əminəm ki, ümumi gələcəyimizə firavan Cənubi Qafqaz daxildir”.CityPost.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.Gürcüstan Prezidenti deyib: “Təəssüf ki, ölkələrimiz ikili standartların hədəfinə çevrilib. Biz bu təhlükələri aradan qaldıra bildik. Heç kəs bizim üçün nəyin daha yaxşı olduğunu bilə bilməz. İnanıram ki, əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.
16 Aprel 2025, 14:17