Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14 Aprel 2025, 18:55

643
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Çaylarda yüksək sululuq davam edir
Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb....
17 Aprel 2025, 11:25

Gələn il Ağdama 10 min əhalinin köçürülməsi nəzərdə tutulub
Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub: “Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.Xüsusi nümayəndə gələcək planlardan da danışıb: “Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”.E.Hüseynov həmçinin vurğulayıb ki, il sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub."Füzulidə də ikinci və üçüncü yaşayış məhəllərinin layihələndirməsini yekunlaşdırmaq üzrəyik. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə...
17 Aprel 2025, 11:24

FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.Nazirlikdən
16 Aprel 2025, 21:24

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır.
16 Aprel 2025, 20:17

Sabah bu ərazilərdə qaz olmayacaq
Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.CityPost.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
16 Aprel 2025, 18:44

Polis gölə düşən sürücünü qucağına götürdü... - Video
Bakının Qaradağ rayonunda “Leksus” markalı avtomobil yol kənarındakı su hövzəsinə düşüb.CityPost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev video yayıb.Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.(axar.az)
16 Aprel 2025, 17:34