Bizə yazın

Baku

-°C

USD

-

Toylarda bu adət qadağan oluna bilər  

Cəmiyyət 13 Aprel 2025, 10:00

607

Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı.

Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü?

Citypost.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb.

“Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, – deputat bildirib.

G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər:

“Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur.

Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan: Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

15 Aprel 2025, 13:03

Leysan yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar...

15 Aprel 2025, 12:57

Hulusi Akar: Qarabağ Zəfəri dünya üçün nümunə olub  

Qarabağ Zəfəri dünya üçün nümunə olub.Citypost.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: "Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın...

15 Aprel 2025, 12:00

Ölkədə doğum sayı azalıb  

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

15 Aprel 2025, 11:51

Azərbaycanda əhalinin sayı açıqlanıb  

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub."Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub

15 Aprel 2025, 11:00

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb  

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 20690,7 milyon manat və ya hər nəfərə orta hesabla 2022,6 manat olub.Bu barədə Citypost.az-a Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.Dövr ərzində əhalinin sərəncamında qalan gəlirləri 18085,4 milyon manat təşkil edib.

15 Aprel 2025, 10:42