Bizə yazın

Baku

-°C

USD

-

“Qırmızı Körpü”də 433 mobil telefon aşkarlanıb

Cəmiyyət 03 Noyabr 2026, 10:45

614

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Citypost.az  xəbər verir ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 91 uşaq ailə himayəsinə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, onlardan 51-i qız, 40-ı oğlandır.Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.Bildirilib ki, himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş...

03 Noyabr 2026, 11:34

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Səfir qəbula görə dövlətimizin...

03 Noyabr 2026, 11:32

İlham Əliyev Laosa rəsmi səfərə dəvət edildi

Laosun yeni səfiri Siphandon Oybuabuddi ölkəsinə rəsmi səfərlə bağlı dəvətini Prezident İlham Əliyevə təqdim edib.Citypost.az xəbər verir ki, dəvət İlham Əliyevin Siphandon Oybuabuddini qəbul etdiyi zaman baş tutub.Səfir, həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqa bir daha minnətdarlığını bildirib.

03 Noyabr 2026, 11:26

Laosun yeni səfiri Prezidentə etimadnaməsini təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu.Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə...

03 Noyabr 2026, 11:23

Sahibkardan rüşvət alan vergi müfəttişi HƏBS OLUNDU

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin...

03 Noyabr 2026, 11:16

Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat verəcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı daxil olmaqla, ümumilikdə, 10 məsələ yer alıb.İclasa spiker Sahibə Qafarova sədrlik edir.

03 Noyabr 2026, 11:07