Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat verəcək
Cəmiyyət 03 Noyabr 2026, 11:07
581
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Citypost.az xəbər verir ki, iclasın gündəliyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı daxil olmaqla, ümumilikdə, 10 məsələ yer alıb.
Həmçinin oxuyun
İclasa spiker Sahibə Qafarova sədrlik edir.
Parlamentdən Zəfər Günü ilə bağlı İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.Spikerin təklifi deputatlar tərəfindən alqışlarla qarşılanıb.Sahibə Qafarova çıxışında vurğulayıb ki, 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub:"Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, Böyük Qayıdış proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir. Böyük Qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb. Dövlət başçısının ardıcıl səyləri regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına...
03 Noyabr 2026, 11:54
Yanmış meyiti tapılan şəxs məktəb rəsmisi olub
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.Hadisənin təfərrüatı hələlik məlum deyil.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır....
03 Noyabr 2026, 11:50
Azərbaycanda 91 uşaq ailə himayəsinə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, onlardan 51-i qız, 40-ı oğlandır.Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.Bildirilib ki, himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş...
03 Noyabr 2026, 11:34
Sahibkardan rüşvət alan vergi müfəttişi HƏBS OLUNDU
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin...
03 Noyabr 2026, 11:16
Pensiyalarla bağlı RƏSMİ XƏBƏR
2026-cı ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.Bu barədə CityPost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
03 Noyabr 2026, 10:45
“Qırmızı Körpü”də 433 mobil telefon aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
03 Noyabr 2026, 10:45