Sinə ağrısı hər zaman ürək-damar tıxanıqlığından xəbər vermir – Həkimdən vacib açıqlama
Tibb 03 Noyabr 2026, 10:30
2312
Bir çox insan sinə nahiyəsində yaranan ağrının yalnız fiziki aktivlik zamanı ortaya çıxdığı halda ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini düşünür. Halbuki ürək damarlarında daralma və ya tıxanıqlıq zamanı müşahidə edilən əlamətlər bununla məhdudlaşmır. Bəzi hallarda ağrı emosional gərginlik zamanı, fiziki yüklənmə ilə əlaqəli olmayan vəziyyətlərdə və hətta bədənin digər nahiyələrində də hiss edilə bilər. Bu səbəbdən ürək-damar xəstəliklərinin əlamətlərini düzgün tanımaq və şikayətləri vaxtında qiymətləndirmək olduqca vacibdir.
Uzman doktor Nicad Baxşalıyev Citypost.az-a açıqlamasında bildirib ki, ürək damarlarında yaranan daralma və tıxanıqlıq müxtəlif simptomlarla özünü göstərə bilər. İnsanlar çox vaxt yalnız sinənin ortasında hiss edilən ağrını ürək xəstəliyinin əsas əlaməti hesab etsələr də, bəzi hallarda ağrı boyun, alt çənə, çiyin, kürəyin yuxarı hissəsi və qarının yuxarı nahiyəsində də meydana çıxa bilər.
Həkimin sözlərinə görə, emosional stress zamanı yaranan sinə ağrısı da ürək-damar problemlərinin mümkün göstəricilərindən biridir. Güclü həyəcan, əsəbilik və psixoloji gərginlik zamanı ürəyin oksigenə olan tələbatı arta bilər. Ürək damarlarında daralma olduqda isə ürək əzələsinə kifayət qədər qan və oksigen çatdırılmaya bilər. Nəticədə sinədə sıxılma, təzyiq və ağrı hissi yarana bilər. Bu cür şikayətlərin təkrarlanması diqqətdən kənarda qalmamalı, xüsusilə də fiziki yüklənmə zamanı baş verən simptomlarla birlikdə müşahidə olunursa, mütləq həkim tərəfindən araşdırılmalıdır.
Nicad Baxşalıyev qeyd edib ki, fiziki aktivlik zamanı yaranan təngnəfəslik və başgicəllənmə də ürək-damar sistemindəki problemlərlə əlaqəli ola bilər. Məsələn, insan pilləkən qalxarkən, sürətlə yeriyərkən və ya gündəlik fiziki işləri yerinə yetirərkən əvvəlkindən daha tez nəfəs darlığı yaşayırsa, bunu yalnız yorğunluqla əlaqələndirmək düzgün deyil. Xüsusilə əvvəllər rahatlıqla yerinə yetirilən fiziki fəaliyyət zamanı yeni yaranan təngnəfəslik ürəyin qan dövranı ilə bağlı problemlərin araşdırılmasını tələb edir.
Mütəxəssisin diqqət çəkdiyi digər məqam isə ağrının yalnız sinə nahiyəsində hiss edilməməsidir. Ürək mənşəli ağrı bəzi insanlarda boyunda, alt çənədə, çiyinlərdə, kürəyin yuxarı hissəsində, eləcə də qarının yuxarı hissəsində – epiqastrik nahiyədə özünü göstərə bilər. Bu əlamətlər bəzən həzm sistemi, əzələ və ya oynaq problemləri ilə qarışdırılır. Nəticədə insanlar ürəklə əlaqəli ola biləcək şikayətləri başqa səbəblərlə izah edərək həkimə müraciəti gecikdirirlər.
Həkim vurğulayıb ki, ürək-damar tıxanıqlığının əlamətlərini tanımaq qədər, hər sinə ağrısının ürək xəstəliyi anlamına gəlmədiyini bilmək də vacibdir. Sinə nahiyəsində yaranan ağrının xarakteri, hansı şəraitdə meydana çıxması, nə qədər davam etməsi və hansı amillərlə dəyişməsi onun səbəbini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır.
Həmçinin oxuyun
Belə ki, fiziki aktivliklə əlaqəsi olmayan, bədənin vəziyyəti dəyişdikdə artan və ya azalan, dərindən nəfəs alarkən güclənən, yaxud həmin nahiyəyə toxunduqda təkrarlanan ağrıların ürək damarlarında tıxanıqlıqla əlaqəli olma ehtimalı daha aşağıdır. Bununla belə, yalnız ağrının xarakterinə əsaslanaraq ürək xəstəliyini tam istisna etmək mümkün deyil. Bəzi ürək problemləri də fərqli və qeyri-adi simptomlarla müşahidə oluna bilər.
Nicad Baxşalıyev bildirib ki, sinə ağrısının səbəbini dəqiq müəyyənləşdirmək üçün ətraflı tibbi müayinə vacibdir. Həkim şikayətləri, xəstənin ümumi sağlamlıq vəziyyətini və risk faktorlarını nəzərə alaraq müvafiq müayinələr təyin edə bilər. Zərurət yarandıqda elektrokardioqramma, exokardioqrafiya, fiziki yüklənmə testləri və digər diaqnostik üsullardan istifadə olunur. Ürək damarlarında daralma və ya tıxanıqlıq ehtimalı olduqda isə əlavə müayinələrin aparılması tələb oluna bilər.
Mütəxəssis onu da diqqətə çatdırıb ki, sinədə qəfil başlayan və keçməyən sıxılma və ya güclü ağrı, xüsusilə soyuq tər, ürəkbulanma, nəfəs darlığı, halsızlıq, başgicəllənmə və ağrının qola, çənəyə və ya kürəyə yayılması ilə müşayiət olunursa, bu vəziyyət təcili tibbi yardım tələb edə bilər. Belə hallarda ağrının öz-özünə keçməsini gözləmək və ya simptomları adi yorğunluqla əlaqələndirmək təhlükəlidir.
Həkim sonda vətəndaşlara tövsiyə edib ki, sinə ağrısı və ürək-damar sistemi ilə əlaqəli ola biləcək digər şikayətlər yarandıqda özbaşına nəticə çıxarmasınlar. Ağrının ürək mənşəli olub-olmadığını yalnız simptomlara əsasən müəyyənləşdirmək düzgün deyil. Vaxtında həkim müayinəsindən keçmək, risk faktorlarını qiymətləndirmək və lazım gəldikdə müalicəyə başlamaq mümkün ağırlaşmaların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Yusif
Diş ətindəki ağrısız şişkinlik təhlükəli xəstəliyin əlaməti ola bilər – Stomatoloqdan xəbərdarlıq
Diş ətində yaranan kiçik şişkinlik, qızartı və ya digər dəyişikliklər bir çox insan tərəfindən ciddi qəbul edilmir. Xüsusilə ağrı olmadığı zaman insanlar bu əlamətlərin öz-özünə keçəcəyini düşünərək stomatoloqa müraciəti təxirə salırlar. Halbuki diş ətində müşahidə olunan kiçik bir şişkinlik bəzən dişin kök nahiyəsində və ya ətraf toxumalarda gedən iltihabi prosesin göstəricisi ola bilər. Belə problemlər vaxtında aşkarlanmadıqda dişin ətrafındakı yumşaq toxumaların və sümük toxumasının zədələnməsinə, hətta dişin itirilməsinə gətirib çıxara bilər.Bəs diş ətində ağrı verməyən şişkinlik hansı xəstəliklərdən xəbər verir? Bu əlamət nə zaman təhlükəli hesab olunur və dişi itirmək riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı stomatoloq...
13 Noyabr 2026, 10:30
Sinə ağrısını özbaşına reflüks hesab etməyin – Qastroenteroloqdan xəbərdarlıq
Mədə-bağırsaq sistemi xəstəlikləri müasir dövrdə geniş yayılmış sağlamlıq problemləri sırasındadır. Xüsusilə qastroezofageal reflüks xəstəliyi (QERX) insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən problemlərdən biridir. Mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində yaranan bu xəstəlik qıcqırma, döş sümüyü arxasında yanma, boğaza acı və ya turş mayenin gəlməsi, göynəmə kimi əlamətlərlə özünü göstərə bilər. Bəzi insanlar bu şikayətləri adi həzm pozuntusu hesab edərək uzun müddət həkimə müraciət etmir, apteklərdən özbaşına dərman alaraq qəbul edirlər. Lakin simptomların müvəqqəti azalması xəstəliyin tam müalicə olunduğu anlamına gəlmir.Mövzu ilə bağlı qastroenteroloq Şahnaz Atayeva Citypost.az-a açıqlamasında bildirib ki, gündəlik tibbi praktikada reflüks və digər xroniki mədə-bağırsaq xəstəliklərindən...
13 Noyabr 2026, 09:30
Ailə insanı gündəlik stressdən necə qoruyur? – Kardioloq-terapevtdən maraqlı açıqlama
Müasir dövrdə insanların gündəlik həyatı gərginlik, məsuliyyət, iş qayğıları və müxtəlif problemlərlə müşayiət olunur. İnsan hər gün həm sosial münasibətlərdə, həm iş həyatında, həm də şəxsi müstəvidə müəyyən çətinliklərlə üzləşir. Bu gərginliyin öhdəsindən gəlmək üçün isə onun etibar edə biləcəyi, özünü rahat və təhlükəsiz hiss etdiyi bir mühitə ehtiyacı var. Belə mühitin əsasını çox vaxt ailə təşkil edir. Sağlam ailə münasibətləri insanın emosional tarazlığını qorumağa, stressin təsirlərini azaltmağa və gündəlik çətinliklər qarşısında daha güclü olmağa kömək edə bilər.Bəs ailə insanın stressdən qorunmasında hansı rolu oynayır? Ailə daxilində mənəvi dəstəyin və qarşılıqlı anlaşmanın olmaması insanın psixoloji vəziyyətinə necə təsir göstərir? Ailədə...
13 Noyabr 2026, 08:30
İnqalyasiya uşaqlara zərərlidirmi, asılılıq yaradırmı? – Pediatrdan valideynlərə vacib xəbərdarlıq
Uşaqlarda öskürək, bronxit, bronxial astma və digər tənəffüs sistemi xəstəlikləri zamanı istifadə olunan müalicə üsullarından biri də inqalyasiyadır. Xüsusilə soyuqdəymə və respirator infeksiyaların artdığı dövrlərdə valideynlər uşaqlarına inqalyasiya etdirməyə üstünlük verirlər. Lakin bu üsulla bağlı cəmiyyətdə bir sıra suallar və yanlış təsəvvürlər mövcuddur. Bəzi valideynlər inqalyasiyanın uşağın ağciyərlərinə zərər verəcəyindən, digərləri isə uzun müddət istifadə edildikdə asılılıq yaradacağından narahat olurlar. Əslində, inqalyasiya düzgün dərman, uyğun doza və həkim göstərişi ilə tətbiq edildikdə tənəffüs yolu xəstəliklərinin müalicəsində faydalı üsullardan biri hesab olunur.Pediatr Günay Rəsulova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, inqalyasiya müasir tibbdə geniş istifadə edilən müalicə üsullarındandır və onun əsas...
12 Noyabr 2026, 11:00
Təkrarlanan boğulma tutmaları panik atak yaradır? – ALLERQOLOQ CAVAB VERDİ
Bronxial astma yalnız tənəffüs yollarına təsir göstərən xəstəlik deyil, uzun müddət nəzarətsiz qaldıqda insanın psixoloji vəziyyətinə və gündəlik həyatına da ciddi təsir edə bilər. Xüsusilə təkrarlanan boğulma tutmaları, nəfəs darlığı və hava çatışmazlığı hissi yaşayan xəstələrdə zamanla güclü təşviş, həyəcan və panik atak əlamətləri meydana çıxa bilər. Belə insanlar hər an yenidən boğulma tutması keçirəcəklərindən, nəfəs ala bilməyəcəklərindən, hətta həyatlarını itirəcəklərindən qorxurlar.Allerqoloq Gülnar Quliyeva bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, bronxial astmadan uzun müddət əziyyət çəkən, lakin düzgün və davamlı müalicə almayan pasiyentlərdə belə psixoloji problemlərə tez-tez rast gəlinir. Onun sözlərinə görə, təkrarlanan boğulma tutmaları xəstələrdə yalnız fiziki narahatlıq yaratmır,...
12 Noyabr 2026, 10:00
Təmiz angioqrafiya ürək problemini tam istisna etmir – KARDİOLOQDAN XƏBƏRDARLIQ
Sinədə göynəmə, yanma və ağrı şikayətləri ilə həkimə müraciət edən bəzi xəstələrdə aparılan müayinələr gözlənilməz nəticə ortaya çıxarır. Belə ki, xəstənin fiziki yüklənmə zamanı ürəyində qan dövranı pozuntusuna işarə edən əlamətlər müşahidə olunur, treadmill testinin nəticəsi müsbət çıxır. Lakin daha sonra aparılan koronar angioqrafiya zamanı ürəyi qidalandıran əsas damarlarda hər hansı ciddi daralma və ya tıxanıqlıq aşkarlanmır. Bu isə xəstələrdə haqlı olaraq sual yaradır: Əgər ürək damarları təmizdirsə, bəs sinədəki ağrı və yanmanın səbəbi nədir?Kardioloq Sahilə Tacəddinova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, belə hallarda söhbət ürəyin kiçik damarlarında qan dövranının pozulması ilə əlaqəli olan və kardiologiyada mikrovaskulyar angina, yaxud...
12 Noyabr 2026, 09:00