Hepatit B, C və D virusları bir-birindən necə fərqlənir? Həkim AÇIQLADI
Tibb 11 Noyabr 2026, 10:00
220
Hepatit virusları qaraciyəri zədələyən və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilən infeksion xəstəliklərdir. Hepatit A, B, C, D və E viruslarının hər birinin yoluxma mexanizmi, orqanizmdə yaratdığı fəsadlar və müalicə yanaşmaları fərqlidir. Xüsusilə hepatit B, C və D virusları qaraciyərdə uzunmüddətli iltihaba, xroniki xəstəliyə, bəzi hallarda isə sirroz və qaraciyər xərçənginə səbəb ola bilər. Bununla yanaşı, cəmiyyətdə bu viruslarla bağlı bir sıra yanlış təsəvvürlər mövcuddur. Məsələn, hepatit B-yə yoluxan şəxsin sonradan hepatit C xəstəliyinə tutulması və ya bir virusun digərinə çevrilməsi barədə suallar tez-tez səsləndirilir.Bəs hepatit B, hepatit C-yə çevrilə bilərmi? Bu xəstəliklərdən qorunmağın ən effektiv yolu nədir? Hepatit D virusu hansı hallarda və hansı yollarla insana yoluxa bilər?
Terapevt Tərlan Abbasov Citypost.az-a açıqlamasında bildirib ki, hepatit B virusunun hepatit C-yə çevrilməsi mümkün deyil. Çünki bunlar bir-birindən tamamilə fərqli viruslardır və hər biri qaraciyərdə özünəməxsus infeksion proses yaradır.
Həkimin sözlərinə görə, hepatit B və hepatit C eyni orqanı – qaraciyəri zədələsə də, onların törədiciləri fərqlidir. Bu viruslar quruluşuna, genetik xüsusiyyətlərinə, orqanizmdə çoxalma mexanizminə və xəstəliyin gedişinə görə bir-birindən ayrılır. Hepatit B virusu DNT tərkibli, hepatit C virusu isə RNT tərkibli virusdur. Buna görə də birinin digərinə çevrilməsi kimi prosesdən söhbət gedə bilməz.Başqa sözlə, hepatit B diaqnozu qoyulan şəxsdə sonradan hepatit C aşkarlanarsa, bu, B virusunun C virusuna çevrilməsi demək deyil. Belə vəziyyətdə həmin şəxsin hepatit C virusuna ayrıca yoluxması ehtimalı araşdırılmalıdır. Hətta bəzi insanlarda hepatit B və C virusları eyni vaxtda da mövcud ola bilər. Bu isə qaraciyərin zədələnmə riskini artıra və müalicə prosesini daha mürəkkəb edə bilər.
Tərlan Abbasov hepatit B-dən qorunmağın ən effektiv və etibarlı yollarından birinin peyvəndləmə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu virusdan qorunmaq üçün vaksinasiya xüsusi əhəmiyyət daşıyır. Peyvəndləmə uşaqlıq dövründən başlanır və doğuşdan sonra ilk dozanın vaxtında vurulması mühüm hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, hepatit B peyvəndinin ilk dozası körpəyə doğulduqdan sonra mümkün qədər tez, ideal olaraq ilk 24 saat ərzində verilməlidir. Sonrakı dozalar isə qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq tamamlanır.
Həkim qeyd edib ki, uşaqlıq dövründə peyvənd olunmaq imkanı olmayan şəxslər də bu qorunma üsulundan yararlana bilərlər. Hepatit B-yə qarşı peyvənd yalnız körpələr üçün nəzərdə tutulmayıb. Əvvəllər peyvənd olunmamış və infeksiyaya qarşı immuniteti olmayan böyüklər də həkim məsləhəti ilə vaksinasiya oluna bilərlər. Peyvəndin dozaları və vurulma intervalları istifadə edilən vaksindən və şəxsin vəziyyətindən asılı olaraq müəyyən edilir.Hepatit B virusunun əsas yoluxma yolları yoluxmuş qanla təmas, qorunmamış cinsi əlaqə və doğuş zamanı anadan körpəyə ötürülmədir. Steril olmayan tibbi və kosmetoloji alətlərdən istifadə, ortaq şpris və iynələrin paylaşılması da yoluxma riski yaradır. Buna görə də tibbi prosedurlar zamanı steril qaydalara əməl olunması, şəxsi gigiyena vasitələrinin paylaşılmaması və riskli təmaslardan qorunmaq vacibdir. Hepatit B adi ünsiyyət, əl sıxmaq, qucaqlaşmaq, eyni qabdan yemək və ya su içməklə yoluxmur.
Həmçinin oxuyun
Həkim açıqlamasında hepatit D virusuna da diqqət çəkib. Bildirib ki, hepatit D digər hepatit viruslarından mühüm bir xüsusiyyəti ilə fərqlənir: bu virus özbaşına çoxala və infeksiya yarada bilmir. Onun orqanizmdə fəaliyyət göstərməsi üçün mütləq hepatit B virusunun mövcudluğu lazımdır. Yəni insan hepatit B-yə yoluxmadan hepatit D infeksiyasına tutula bilməz.Hepatit D virusu da əsasən yoluxmuş qan və müəyyən bədən mayeləri ilə təmas nəticəsində ötürülür. Steril olmayan iynə və tibbi alətlərdən istifadə, ortaq şprislərin paylaşılması, qorunmamış cinsi əlaqə və yoluxmuş qanla birbaşa təmas infeksiya riskini artırır. Lakin burada vacib məqam ondan ibarətdir ki, hepatit D yalnız hepatit B virusu daşıyan şəxslərdə inkişaf edə bilər.Hepatit B-yə yoluxmuş şəxsdə hepatit D iki fərqli formada meydana çıxa bilər. Birinci halda insan hər iki virusa eyni vaxtda yoluxur. Bu, B və D viruslarının birgə infeksiyası adlanır. İkinci halda isə şəxs əvvəlcədən hepatit B daşıyıcısı olur və daha sonra hepatit D virusuna yoluxur. Bu vəziyyət superinfeksiya kimi xarakterizə edilir. Xüsusilə artıq xroniki hepatit B infeksiyası olan şəxsin sonradan hepatit D-yə yoluxması qaraciyərin daha sürətli və ağır zədələnməsi riskini artıra bilər.
Hepatit D-nin təhlükəli tərəflərindən biri də onun hepatit B ilə birlikdə qaraciyərdə daha ciddi fəsadlar törədə bilməsidir. Xəstəlik bəzi hallarda sürətlə inkişaf edərək xroniki hepatitə, qaraciyər sirrozuna və qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən hepatit B diaqnozu qoyulan şəxslərin hepatit D baxımından da yoxlanılması vacibdir. Bunun üçün müvafiq qan analizləri aparılır, zərurət olduqda virusun aktivliyini müəyyənləşdirmək üçün əlavə müayinələr təyin edilir.Qeyd edək ki, hepatit B-yə qarşı peyvəndləmə hepatit D-dən də qorunmağa kömək edir. Çünki D virusunun fəaliyyət göstərməsi üçün B virusunun mövcudluğu vacibdir. İnsan hepatit B-yə qarşı immunitet qazandıqda, eyni zamanda hepatit D infeksiyasının yaranmasının da qarşısı alınmış olur. Bununla belə, hepatit B peyvəndi hepatit C-dən qorumur. Hepatit C-yə qarşı hazırda geniş istifadə olunan təsdiqlənmiş profilaktik peyvənd yoxdur.
Beləliklə, hepatit B, C və D virusları eyni orqanı zədələsə də, bir-birindən fərqli infeksiyalardır və onların yoluxma xüsusiyyətləri də eyni deyil. Hepatit B-nin C-yə çevrilməsi mümkün olmadığı kimi, D virusu da B virusunun iştirakı olmadan fəaliyyət göstərə bilmir. Bu xəstəliklərdən qorunmaq üçün peyvəndləmə, steril tibbi alətlərdən istifadə, qanla riskli təmaslardan uzaq durmaq və vaxtında müayinədən keçmək mühüm əhəmiyyət daşıyır. Ən əsası, hepatit viruslarının müəyyən edilməsi üçün yalnız simptomlara əsaslanmaq olmaz. Çünki bu infeksiyalar uzun müddət heç bir aşkar əlamət vermədən də inkişaf edə bilər.
Yeganə
Böyrəklərin sağlamlığını hansı analizlərlə yoxlamaq olar? – Nefroloqdan vacib tövsiyələr
Böyrəklər orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan orqanlardandır. Onlar qanın süzülməsi, orqanizmdə artıq maye və zərərli maddələrin xaric edilməsi, su-duz balansının qorunması və qan təzyiqinin tənzimlənməsində iştirak edir. Böyrəklərin fəaliyyətində yaranan pozuntular isə ilkin mərhələdə hər zaman aydın simptomlarla özünü göstərmir. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, böyrəklərinin vəziyyətini müəyyən aralıqlarla yoxlatdırması vacibdir.Bəs böyrəklərin sağlam olub-olmadığını hansı müayinələrlə öyrənmək mümkündür? Bunun üçün hansı analizlər verilməli, ultrasəs müayinəsinə nə zaman müraciət edilməlidir?Nefroloq Rəşid Mahmudov Citypost.az-a açıqlamasında bildirib ki, böyrəklərdə yaranan problemlər bəzi hallarda insanın xarici görünüşündə də müəyyən dəyişikliklərlə özünü göstərə bilər. Xüsusilə üz nahiyəsində, göz ətrafında və...
11 Noyabr 2026, 09:00
Hansı baş ağrıları uşaqlarda təhlükə əlaməti sayılır? Nevroloq AÇIQLADI
Uşaqların baş ağrısından şikayət etməsi bir çox valideyn tərəfindən bəzən ciddi qəbul olunmur. Xüsusilə azyaşlı uşaqlarla bağlı belə bir fikir formalaşıb ki, baş ağrısı daha çox böyüklərdə rast gəlinən problemdir və uşaqların bu cür şikayətləri ya yorğunluqdan, ya da adi narahatlıqdan qaynaqlanır. Halbuki baş ağrısı uşaqlarda da kifayət qədər rast gəlinən şikayətlərdən biridir və bəzi hallarda ciddi sağlamlıq problemlərinin ilkin əlaməti ola bilər. Buna görə də valideynlər uşağın baş ağrısı şikayətinə laqeyd yanaşmamalı, xüsusilə ağrı təkrarlanırsa və ya digər əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etməlidirlər.Həkim-nevroloq Elşən Qarayev Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısı yalnız böyüklərə xas problem deyil, bu...
10 Noyabr 2026, 11:40
Biopsiya xərçəng hüceyrələrini yayır? – Cərrahdan xəstələrə vacib xəbərdarlıq
Xərçəng xəstəlikləri ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də biopsiyanın şişi qıcıqlandırması, xərçəng hüceyrələrinin hərəkətə keçməsinə və xəstəliyin digər orqanlara yayılmasına səbəb olmasıdır. Bu səbəbdən bəzi xəstələr həkim tərəfindən biopsiya təyin edilsə də, qorxu və tərəddüd səbəbindən müayinədən imtina edirlər. Halbuki biopsiya onkoloji xəstəliklərin diaqnostikasında ən mühüm üsullardan biridir və əksər hallarda düzgün müalicə strategiyasının müəyyənləşdirilməsi üçün vacib məlumatlar verir.Ümumi cərrah Səməd Həsənli Citypost.az-a açıqlamasında bildirib ki, biopsiyanın xərçəngi qıcıqlandırması və xəstəliyin yayılmasına səbəb olması barədə fikirlər tibbi baxımdan əsası olmayan yanlış təsəvvürlərdir. Onun sözlərinə görə, xəstələr arasında bu mövzuda ciddi qorxu var və həkim qəbuluna gələn zaman...
10 Noyabr 2026, 10:40
Yüksək təzyiqin gizli təhlükələrinə diqqət! – KARDİOLOQ DANIŞDI
Arterial təzyiq insan sağlamlığının əsas göstəricilərindən biridir. Təzyiqin normadan yüksək olması uzun müddət heç bir ciddi əlamətlə özünü göstərməsə də, zaman keçdikcə ürək-damar sistemində, beyində və digər orqanlarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə bəzi insanlar yüksək təzyiqi hiss etmədikləri üçün həkimə müraciət etmir, müalicəni gecikdirir və bununla da sağlamlıqlarını risk altına qoyurlar.Kardioloq Afaq Qəhrəmanova Citypost.az-a açıqlamasında arterial təzyiqin göstəriciləri, normal hesab olunan rəqəmlər və yüksək təzyiqin yarada biləcəyi təhlükələr barədə danışıb.Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir. Sistolik təzyiq ürək yığıldığı zaman qanın damarlara vurulması nəticəsində yaranan təzyiqi, diastolik təzyiq isə ürək...
09 Noyabr 2026, 10:30
Körpəni qalın geyindirmək hansı riskləri yaradır? – PEDİATR DANIŞDI
Yeni doğulmuş körpələrin sağlam böyüməsi və rahat inkişafı üçün onların yaşadığı mühitin temperaturu xüsusi əhəmiyyət daşıyır. Xüsusilə həyatının ilk aylarında körpələrin bədən temperaturunu tənzimləmə mexanizmi tam formalaşmadığından otağın həddindən artıq isti və ya soyuq olması müəyyən sağlamlıq problemlərinə yol aça bilər. Bu baxımdan valideynlər körpənin otağında temperatur rejiminə, geyiminə və havanın keyfiyyətinə diqqət yetirməlidirlər.Pediatr Turan Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulmuş körpənin otağında temperaturun təxminən 23 dərəcə Selsi səviyyəsində saxlanılması tövsiyə olunur. Onun sözlərinə görə, otağın temperaturu ilə yanaşı, körpənin necə geyindirilməsi də mühüm məsələlərdən biridir.Həkim qeyd edib ki, körpənin geyimi seçilərkən valideynlər öz rahatlıqlarını da nəzərə ala bilərlər....
09 Noyabr 2026, 09:30
AĞRIKƏSİCİLƏRƏ ALDANMAYIN! Həkimdən baş ağrısı ilə bağlı xəbərdarlıq
Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, onun tez-tez təkrarlanması və qəbul edilən dərmanlara baxmayaraq keçməməsi ciddi yanaşma tələb edir. Bəzi insanlar baş ağrısı yarandıqda həkimə müraciət etmək əvəzinə, özbaşına ağrıkəsici dərman qəbul etməyə üstünlük verirlər. Lakin bu üsul ağrını müvəqqəti azaltsa da, onun yaranmasına səbəb olan əsas problemi aradan qaldırmır.Terapevt-kardioloq Aytən Yüzbaşıyeva Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısının müalicəsində ilk növbədə onun hansı səbəbdən yarandığı müəyyənləşdirilməlidir. Həkimin sözlərinə görə, baş ağrısını hər dəfə dərman vasitəsilə aradan qaldırmağa çalışmaq düzgün yanaşma deyil. Çünki ağrı orqanizmdə baş verən müəyyən dəyişikliklərin və ya sağlamlıq problemlərinin əlaməti...
09 Noyabr 2026, 08:30