Pərvanə Vəliyeva: 12 Noyabr hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoyub
Siyasət 12 Noyabr 2026, 11:32
430
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir.Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməli, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənədidir. Dövlətin idarəçilik sistemi, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətlə dövlət arasındakı münasibətlər məhz Konstitusiya ilə tənzimlənir.
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.
Deputat xatırladıb ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu mühüm hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyən etmək, milli maraqlarını qorumaq və hüquqi dövlət quruculuğunu təmin etmək istiqamətində atdığı tarixi addım kimi xüsusi əhəmiyyət daşıyır.Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil dövlətin hüquqi bazasının yaradılması, dövlət idarəçiliyinin yeni prinsiplər əsasında qurulması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi idi. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi, iqtisadi və ictimai vəziyyət, dövlət idarəçiliyindəki çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazi bütövlüyümüzə yönəlmiş təhdidlər və digər problemlər müasir tələblərə cavab verən yeni Konstitusiyanın qəbulunu zəruri edirdi. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması və müstəqil dövlət institutlarının formalaşdırılması əsas prioritetlərə çevrilmişdi.1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, milli maraqların qorunması və hüquqi islahatların aparılması yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etmişdir.
Millət vəkilinin sözlərinə görə, 2 iyun 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradılmış və həmin komissiyaya Heydər Əliyev rəhbərlik etmişdir. Konstitusiya layihəsinin hazırlanması zamanı beynəlxalq hüququn ümumtanınmış prinsipləri, demokratik dövlətçilik təcrübəsi, insan hüquqlarının müdafiəsi mexanizmləri və Azərbaycan xalqının tarixi dövlətçilik ənənələri nəzərə alınmışdır. Geniş müzakirələrdən sonra hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarılmış və xalqın iradəsi ilə qəbul edilmişdir. Bu hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu tarixində fundamental əhəmiyyətə malik olmuş, ölkənin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratmışdır.Azərbaycan Respublikasının Konstitusiyası özünün məzmunu, hüquqi mahiyyəti və müəyyən etdiyi prinsiplərlə müasir demokratik dövlət quruculuğunun fundamental əsaslarını formalaşdırır. Konstitusiya preambulasında Azərbaycan xalqının dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini inkişaf etdirmək, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət qurmaq, insanların layiqli həyat səviyyəsini təmin etmək kimi ali məqsədləri bəyan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi və siyasi sisteminin əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin bütün sahələrində hüquqi münasibətlərin tənzimlənməsi üçün fundamental baza rolunu oynayır.Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına xüsusi yer ayrılması ölkəmizin demokratik dövlət quruculuğu istiqamətində seçdiyi inkişaf yolunun mühüm göstəricisidir. Konstitusiyanın III fəsli əsas insan və vətəndaş hüquq və azadlıqlarını, habelə onların təminatlarını əhatə edir. Bu hüquqlar şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları özündə birləşdirir. İnsan hüquqlarının müdafiəsi dövlətin əsas vəzifələrindən biri olmaqla, bütün dövlət qurumlarının və vəzifəli şəxslərin fəaliyyətində rəhbər tutulmalı olan prinsipdir.
Həmçinin oxuyun
P. Vəliyeva qeyd edib ki, xüsusilə vurğulanmalıdır ki, Konstitusiya insan hüquqlarını yalnız bəyan etmir, həm də onların müdafiəsi üçün hüquqi mexanizmlər müəyyənləşdirir. Məhkəmələrə müraciət etmək, hüquqi müdafiədən istifadə etmək və qanunla nəzərdə tutulmuş digər vasitələrdən yararlanmaq bu mexanizmlərin mühüm tərkib hissəsidir. Konstitusiyanın 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı təsbit olunmuşdur. Bu norma hər bir şəxsin hüquqlarının müdafiəsi baxımından mühüm hüquqi təminatdır.Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti orqanlarının yaradılması, fəaliyyət istiqamətləri, səlahiyyətləri və qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Milli Məclisin qanunvericilik fəaliyyəti, Prezidentin dövlət başçısı kimi səlahiyyətləri, Nazirlər Kabinetinin icra hakimiyyəti sistemində rolu, məhkəmə hakimiyyətinin müstəqilliyi və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti Konstitusiyanın müvafiq müddəaları ilə tənzimlənir.Konstitusiya dövlət idarəçiliyində hüquqi müəyyənliyi təmin etməklə yanaşı, hakimiyyət orqanlarının öz səlahiyyətlərini aşmasının qarşısını almağa xidmət edən mühüm hüquqi çərçivə yaradır. Bu baxımdan, dövlət orqanlarının fəaliyyətində Konstitusiyanın müddəalarına əməl olunması, qəbul edilən qərarların qanunvericiliyə uyğunluğu və vətəndaşların müraciətlərinə qanun çərçivəsində baxılması hüquqi dövlət quruculuğunun əsas şərtlərindəndir. Konstitusiyanın aliliyi prinsipi bütün normativ hüquqi aktların ona uyğun olmasını tələb edir. Bu isə hüquq sisteminin vahidliyini və hüquqi münasibətlərin sabitliyini təmin edən əsas amillərdəndir.Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması fundamental konstitusion məqsədlər kimi təsbit edilmişdir. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, milli təhlükəsizliyin, sabitliyin və gələcək inkişafın hüquqi təminatını təşkil edir.
Deputat sonda bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş suverenliyin tam bərpası tədbirlərindən sonra ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması müasir Azərbaycan tarixinin mühüm hadisələridir.Bu yeni reallıqlar şəraitində Konstitusiyanın dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qanunun aliliyinin bütün ölkə ərazisində tətbiqi və dövlət institutlarının fəaliyyətinin təşkili baxımından əhəmiyyəti daha da aktuallaşmışdır.İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, iqtisadi və sosial həyatın bərpası da müstəqil dövlətin konstitusion əsasları çərçivəsində həyata keçirilir. Bu baxımdan, Konstitusiya yalnız dövlətin hüquqi idarəçilik sənədi deyil, həm də ölkənin suveren inkişafının və gələcək nəsillər üçün davamlı dövlətçilik ənənələrinin təminatıdır.Azərbaycan Respublikasında noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla müəyyən edilmişdir. Hər il qeyd olunan bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqın dövlətçilik iradəsini və Konstitusiyanın cəmiyyətin həyatındakı əhəmiyyətini bir daha xatırladır.
X.Cəfərli: “Müsəlman Qardaşları” Azərbaycanda təşkilatlanmağa çalışır
Təxminən bir il öncə yazdığım “Siyasi islamın ləğvinə start verilir” başlıqlı bir yazıda Prezident Donald Trampın “Müsəlman Qardaşları” şəbəkəsinin bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunun başladılması ilə bağlı imzaladığı sərəncamın təsadüfi hadisə olmadığına diqqət çəkmək istəmişdim. Son günlər baş verən hadisələr qənaətlərimin yanlış olmadığını göstərir. Qahirə Cinayət Məhkəməsi aralarında “Avropa Müsəlmanları Şurası”, “Fətva və Tədqiqat üzrə Avropa Şurası, “İmamlar Şurası”, “Müsəlman Ailələri üzrə Avropa Şurası”, “Müsəlman Qadınlar üzrə Avropa Şurası”, “Avropa Quran Şurası”, “İslam Tələbələrinin Avropa Forumu”, “Avropa Humanitar Elmlər İnstitutu (müxtəlif filialları da daxil olmaqla)”, “Fransa Müsəlmanları Fondu”, “Böyük Britaniya Müsəlman Assosiasiyası”, “İsveçrə Müsəlman...
12 Noyabr 2026, 10:58
Zəkiyyə Musayeva: Üçrəngli bayraq bütöv Vətənin səmasında qürurla dalğalanır
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Zəkiyyə Musayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan xalqının birliyi nəticəsində 30 illik həsrətə son qoyulub, tarixi ədalət bərpa edilib.Zəkiyyə Musayeva vurğulayıb ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları ölkənin bütün ərazisində qüvvədədir. Onun sözlərinə görə, Şuşadan Xankəndiyə, Laçından digər azad edilmiş ərazilərə qədər hər yerdə dövlət suverenliyi təmin olunub.Şöbə müdiri qeyd edib...
12 Noyabr 2026, 10:56
Mirfaiq Mirheydərli: “Göy məscid azərbaycanlılara məxsus məbəddir, Paşinyan bunu bəyan etməlidir”
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Mirfaiq Mirheydərli İrəvandakı Göy məscid ətrafında baş verən proseslərə və İranın bu məsələdəki mövqeyinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Mirfaiq Mirheydərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Göy məscid ətrafında baş verən son hadisələr və İranın bu məsələyə müdaxiləsi regionda davam edən sülh prosesinə xələl gətirmək məqsədi daşıya bilər.Fəlsəfə doktorunun fikrincə, Ermənistan rəhbərliyinin Göy məscidi İran (fars) məscidi kimi təqdim etmək cəhdləri Nikol Paşinyan və komandasının əvvəlki hakimiyyətlərin siyasətini davam etdirdiyini göstərir.Mirfaiq Mirheydərli hesab edir ki, Ermənistanın baş naziri bu məsələdə açıq mövqe ortaya qoymalı və Göy məscidin azərbaycanlılara...
12 Noyabr 2026, 08:12
Q.Əlibəyli: İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır
Ermənistan hökumətinin noyabrın 12-də parlamentin növbədənkənar iclasını çağırmaq və həmin iclasda səhmdar cəmiyyətlərinin fəaliyyətini nizamlayan qanunvericiliyə dəyişikliklər etmək, bu dəyişikliklərin müzakirəsini isə sürətli prosedurla həyata keçirmək təklifi arxasında daha böyük siyasi seçim görünür. Bu seçimin mahiyyəti ondan ibarətdir ki, rəsmi İrəvan TRIPP-i diplomatik razılaşmadan işlək iqtisadi mexanizmə çevirməyə çalışır.Hökumətin təklif etdiyi prosedur tələsikliyin miqyasını göstərir. Yeddi qanun layihəsindən ibarət paketin birinci və ikinci oxunuşlarda müzakirəsi, ikinci oxunuşun birincidən sonrakı 24 saat ərzində keçirilməsi nəzərdə tutulur. Yazılı təkliflərin təqdimi və komissiya rəhbərinin rəyi üçün cəmi üç saat ayrılması təklif olunur. Dəyişikliklər Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr əsasında yaradılan və dövlətin ən...
12 Noyabr 2026, 08:04
Telli Pənahqızı: “Göy məscid muzeyə çevriləndə niyə etiraz etmirlər?”
Əməkdar mədəniyyət işçisi, şairə Telli Pənahqızı İrəvanda yerləşən Göy məscidin muzeyə çevrilməsinə və orada erməni şairi Yeqişe Çarentsin abidəsinin qoyulmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Telli Pənahqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, bir müddət əvvəl Azərbaycanda azyaşlı məktəbli qızların baş örtüyü ilə bağlı məsələ ətrafında etirazlarını ifadə edən və ölkəmizin daxili işlərinə müdaxilə etdiyini düşündüyü qrupların Göy məscidlə bağlı susqunluğunu tənqid edib.“Bəs hanı bir ay əvvəl saçlarını yolub, vay-şivən qoparan, Azərbaycanda kiçik yaşlı məktəbli qızların baş örtüyü qadağası ilə bağlı hay-küy salan, ölkəmizin daxili məsələsinə burnunu soxan qaragüruh dəstələr? Niyə İrəvanda ermənilərin Azərbaycan xalqına məxsus olan Göy məscidi...
12 Noyabr 2026, 07:00
Rüstəm Dastanoğlu: “Zəfər bayramının iki ölkə prezidentinin birgə qeyd etməsi hər iki xalqın ürəyincə oldu”
Yazıçı Rüstəm Dastanoğlu Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birgə qeyd etməsini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, Rüstəm Dastanoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər bayramını birlikdə qeyd etməsi hər iki ölkənin ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.“Zəfər bayramını Türkiyə və Azərbaycan prezidentlərinin birgə qeyd etməsi hər iki dövlətin ictimaiyyətinin ürəyincə oldu!”, – deyə yazıçı vurğulayıb.Turan ...
12 Noyabr 2026, 06:30