Bizə yazın

Baku

-°C

USD

-

Teymur Musayev Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi

Cəmiyyət 12 Noyabr 2026, 11:34

381

Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş Sədrliyini yüksək qiymətləndirib.

Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan da COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb.

Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə birlikdə isə “Belem 1,5C Missiyası” həyata keçirilib. Bundan əlavə, Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu və 140-dan çox ölkədən nümayəndələrin qatıldığı BMT-nin İqlim Həftəsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirib.

Çıxış zamanı Azərbaycanın ölkə daxilində atdığı konkret addımlara da diqqət çəkilib. Qeyd olunub ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr  çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyən edilib.

Bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir. Hazırda ölkəmiz Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyən edilmiş vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.

Enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqaməti olduğunu deyən Teymur Musayev ölkədə bərpa olunan enerji üzrə quraşdırılmış istehsal gücünün 2,17 giqavata – ümumi elektrik enerjisi gücünün 21,5 faizinə çatdığını bildirib. İmzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə olaraq 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması nəzərdə tutulur ki, bu da qlobal bərpa olunan enerji hədəflərinin üstələnməsi istiqamətində mühüm irəliləyişdir. Paralel olaraq metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat və tullantıların dayanıqlı idarə olunması üzrə tədbirlər davam etdirilir.

Son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladan Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyinə toxunub. Vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərə çağırışların edilməsi çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə bilər. Buna görə də əsas prioritet Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrası olmalıdır.

Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31 Sədrliyinin öhdəliklərdən real nəticələrə keçid üçün mühüm imkan yaratdığını qeyd edib, Azərbaycanın Bakı və Belem proseslərinin irsinə əsaslanaraq qardaş Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti - Açıqlandı

Ötən gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpünün üzərindən köməkçi yola aşan minik avtomobilinin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb. TƏBİB-dən Citypost.az-a cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı şəxs ötən gün saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.Döş qəfəsinin və bud çanağının əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, ötən gün Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb. Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb....

12 Noyabr 2026, 11:23

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş 

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim...

12 Noyabr 2026, 11:08

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 Noyabr – Konstitusiya Günü münasibətilə sosial media hesablarında paylaşım edib.Citypost.az paylaşımı təqdim edir:https://t.co/ZOdmnReC3E— Mehriban Aliyeva (@1VicePresident) November 12, 2026

12 Noyabr 2026, 10:32

Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…

2027-ci ilin dövlət büdcəsi layihəsini xalqımızın tarixi Zəfərinin altıncı ildönümü günlərində müzakirə edirik. Vətən müharibəsində Qələbə uzun illər torpaqlarımızın işğalını aradan qaldırmağa yönələn büdcə siyasətindən yeni milli hədəflərə, Azərbaycan iqtisadiyyatı qarşısında inkişaf perspektivlərinə yol açır. 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin getdiyi günlərdə noyabrın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Cəbrayıl, Zəngilan və Ağdamda doğma torpaqlarına qayıdan sakinlərlə görüşür, ailələrə yeni evlərinin açarlarını təqdim edir, istehsal müəssisələrinin açılışında iştirak edirdilər.Qlobal təhlükələr şəraitində dövlət büdcəsinin mühüm hərbi və sosial xərclərin artırılması təqdirəlayiqdir. Lakin büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüflər...

12 Noyabr 2026, 09:44

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.Citypost.az xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib.Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.Azərbaycan müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin...

12 Noyabr 2026, 08:00

Kübra Məhərrəmova: “Ölkədə panik atakdan əziyyət çəkənlərin sayı narahatlıq doğurur”

Jurnalist Kübra Məhərrəmova cəmiyyətdə psixoloji problemlərin, xüsusilə panik atak hallarının artması ilə bağlı narahatlığını ifadə edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, ətrafında çox sayda insan panik atak səbəbindən həkimə müraciət edir və dərman qəbul edir. Kübra Məhərrəmova bu vəziyyətin artıq ciddi narahatlıq doğurduğunu vurğulayıb.“Ölkədə nə qədər panik atakdan əziyyət çəkən adam var. Hər üç nəfərdən ikisi deyir ki, həkimə gedirəm, dərman atıram. Bu artıq zarafat deyil, vəziyyət epidemiya səviyyəsindədir. Belə görürəm, bir neçə ilə ölkədə sağlam mental vəziyyətdə olan adam qalmayacaq”, – deyə jurnalist qeyd edib.Turan...

12 Noyabr 2026, 07:00