Bizə yazın

Baku

-°C

USD

-

"Apple" Çində süni intellekt xidmətləri üçün "Alibaba" ilə razılığa gəlib

Dünya 14 Fevral 2025, 15:38

830

"Apple", dünyanın ən böyük mobil telefon bazarlarından biri olan Çində süni intellekt xidmətləri təklif etmək üçün Çin texnologiya nəhəngi Alibaba ilə əməkdaşlıq edəcəyini açıqladı.

Citypost.az xəbər verir ki, "Apple"-ın Çin bazarında hansı şirkətlə əməkdaşlıq edəcəyi uzun müddətdir maraq doğururub.

Alibaba prezidenti Joe Tsai, Dubayda keçirilən Dünya Hökumət Zirvəsində etdiyi çıxışında, “Apple bu mövzuda çox seçici idi. Onlar Çində bir çox şirkətlərlə görüşdülər və nəhayət bizimlə işləmək qərarına gəldilər. “Onlar bizim süni intellekt texnologiyamızdan öz telefonlarında istifadə etmək istəyirlər. Apple-ın Alibaba-nı seçməzdən əvvəl Baidu, ByteDance, Tencent və DeepSeek kimi digər Çin süni intellekt şirkətləri ilə də görüşdüyü bildirilir. Lakin müqavilənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qanuni öhdəliklərə görə yerli tərəfdaş tələbi

Tənzimləyici məhdudiyyətlərə görə, Apple indiyədək yalnız ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi məhdud bazarlarda öz süni intellekt xidmətini “Apple Intelligence” təklif edə bilmişdir. Çin hökuməti ölkədə fəaliyyət göstərmək üçün xarici süni intellekt şirkətlərindən yerli tərəfdaşla işləməyi və lazımi hüquqi icazələri almağı tələb edir.

"Apple" Çin bazarını itirir

Apple son illərdə Çin bazarında Huawei və Vivo kimi yerli rəqiblərinə qarşı uduzur. Canalys bazar araşdırması şirkətinin analitiki Lucas Zhong, süni intellekt xidmətlərinin Apple-a Çində üstünlük verə biləcəyini, ancaq bunun tək başına kafi olmaya biləcəyini ifadə edərək, “Huawei-nin güclü geri dönüşü qarşısında Apple çətin bir rəqabət mühiti ilə üzləşir. “Yalnız süni intellekt xidmətlərinə güvənmək bazarda tarazlığı dəyişmək üçün yetərli olmaya bilər. Apple illərdir Çində yüksək səviyyəli smartfon bazarında hökmranlıq edir. Bununla belə, Huawei son illərdə yüksəldi və ciddi rəqibə çevrildi.

2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Huawei-yə ticarət məhdudiyyətləri tətbiq edərək, şirkətin işini çətinləşdirdi. Lakin bu sanksiyalar Huawei-ni yeni texnologiyalar inkişaf etdirməyə vadar etdi və şirkət 2023-cü ildə buraxılan Mate 60 Pro modeli ilə böyük bir irəliləyiş etdi. Huawei-nin yüksəlişi Çində bəzi istehlakçılar arasında güclü milli əhval-ruhiyyə ilə də dəstəklənir, şirkətin bazar payı 2024-cü ilə qədər 16 faizə çataraq Apple-ı (15 faiz) ötüb keçəcək. Bununla belə, 2023-cü ildə Apple 19 faiz bazar payı ilə Çinin ən böyük telefon istehsalçısı olub.

"Alibaba" səhmlərində artım

Apple ilə razılaşma Alibaba investorlarının etibarını artırdı. Şirkətin Honq-Konq Fond Birjasında satılan səhmləri yanvarda son iki ilin minimumundan bəri 40 faizdən çox dəyər qazanıb. Digər tərəfdən, Çinin süni intellekt sahəsində rəqabəti getdikcə şiddətlənir. Çin startapı DeepSeek tərəfindən hazırlanan süni intellekt modeli yanvar ayında Wall Street-də böyük təsir bağışladığı halda, Alibaba qısa müddətdə Qwen AI modelinin yeni versiyasını təqdim etdi və bu modelin rəqiblərindən üstün olduğunu iddia etdi. Eyni tədbirdə video bağlantı vasitəsilə etdiyi çıxışda Elon Musk xAI şirkətinin bir-iki həftə ərzində yeni böyük dil modeli Grok 3-ü təqdim edəcəyini açıqladı. Musk iddia etdi ki, yeni model bazarda mövcud olan bütün süni intellekt chatbotlarından üstündür.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66