Bizə yazın

Baku

-°C

USD

-

Gənc yazarın həyatı film olur - FOTOLAR

Sənət aləmi 28 Aprel 2026, 12:13

10232

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. 

Citypost.az  xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.

Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib. 

Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.

Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.

Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına da təqdim olunması planlaşdırılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı Uşaq və Gənclər Teatrı teatrı olmayan bölgələrə səfər edir - Layihə ilk Sabirabadda baş tutub

Bakı Uşaq və Gənclər Teatrı 2026/2027-ci illəri əhatə edən yeni layihə həyata keçirir. Citypost.az xəbər verir ki, layihənin əsas məqsədi regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları, xüsusilə məktəblilərlə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir. “Addım-addım Vətəndə-2” adlanan layihə çərçivəsində  kollektiv teatr olmayan müxtəlif bölgələrdə “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirməyi planlaşdırır. Layihənin ilk səfəri Mil-Muğan Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sabirabadda keçirilib. 500-ə yaxın tamaşaçının iştirak etdiyi tədbirdə Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Ağıllı Tülkü”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Qırmızıpapaq” tamaşalarından və sehrbaz Tofiq əminin illiuziya nömrələrindən ibarət səhnəciklər çox maraqla qarşılanıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, Əməkdar artist...

24 Noyabr 2026, 18:10

Film istehsalına dəstək üçün iki müsabiqə davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir.Citypost.az xəbər verir ki, birgə film istehsalına dəstək müsabiqəsi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkili, həvəsləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə keçirilir. Müsabiqəyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan şirkətləri ilə birgə layihələr təqdim oluna bilər.Ortaq ictimai xadimlər və tarixi hadisələrdən bəhs edən, ortaq dəyərlərimizin inkişafına, əlaqələrin güclənməsinə xidmət göstərən, adət-ənənələrimizi təbliğ edən filmlər, eləcə də uşaq filmləri müsabiqənin prioritet mövzularıdır.Müsabiqəyə qoşulmaq üçün layihənin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında”...

24 Noyabr 2026, 16:48

Azərbaycan Dövlət Film Fondunda korrupsiya ilə mübarizə MÜZAKİRƏ EDİLDİ

Noyabrın 24-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Dövlət Film Fondunda tədbir keçirilmişdir.Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun direktoru Cəmil Quliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barəsində tədbir iştirakçılarına məlumat verdi. Korrupsiyanın dövlət və dövlətçilik üçün böyük təhlükə olduğunu, korrupsiya əməllərinə qarşı mübarizədə hər kəsin öz vətəndaşlıq borcunu yerinə yetirməli olduğunu qeyd etdi, belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğuladı.Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin...

24 Noyabr 2026, 15:15

Hicabsız mahnı oxuyan məşhur müğənniyə - Ağır cəza verildi

İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi və komandasının dörd üzvü hicabsız və qolsuz geyimdə canlı konsert verdiklərinə görə Qum şəhərində şallaq cəzasına məruz qalıblar.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, BBC-yə danışan müdafiə tərəfinin vəkilinin sözlərinə görə, bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserin hər birinə 74 şallaq zərbəsi vurulub.Pərəstu Əhmədi 2024-cü ilin dekabrında “YouTube” kanalında canlı yayımlanan konsertdə səhnəyə başıaçıq və qolsuz libasda çıxıb. İran qanunvericiliyi qadınların ictimai konsertlər verməsini qadağan edir və məcburi hicab tələb edir.Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqla “ictimai əxlaqı pozmaqda” təqsirli bilib....

24 Noyabr 2026, 10:05

Aqşin Fatehin daha bir restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Həmin uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək...

24 Noyabr 2026, 07:15

Hüseyn Mehdiyev: “Kino sənaye parkı” «Azərbaycanfilm»in məhvinə aparan növbəti addımdır

Azərbaycan kinorejissoru və kinooperatoru Hüseyn Mehdiyev Azərbaycan kino sənayesinin vəziyyəti ilə bağlı paylaşım edib.O, paylaşımında “Kino sənaye parkı” layihəsini tənqid edərək bunun 100 ildən artıq tarixə malik “Azərbaycanfilm” kinostudiyasının məhvinə aparan növbəti addım olduğunu bildirib.Turan 

24 Noyabr 2026, 00:42