Ceyhun Bayramov: "Azərbaycan Qərbin planlarını puç edib"
Siyasət 13 Aprel 2025, 14:19

448
“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”.
Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıb:
“İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.
Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb: “ABŞ-də də Demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub”.
Həmçinin oxuyun

Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
Başımız niyə ağrıyır? — Həkim səbəblərini və çarəsini açıqladı
700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.Citypost.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.Enerji və Yenidənqurma Sektorunda SabitlikTelefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.Kommunikasiya və Qarşılıqlı SəfərlərBundan əlavə, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib....
15 Aprel 2025, 11:18

Gürcüstan Prezidenti Azərbaycana gəlib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq."Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra...
15 Aprel 2025, 11:14

XİN: Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə mane olur
14 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.Citypost.az xəbər verir ki, Xarici İşlər Nazirliyi fransalı nazirin bəyanatını tənqid etdiyi halda, Fransanın Azərbaycandakı səfiri öz "X" hesabında bu iddiaları yenidən paylaşıb.Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələyə münasibət bildirərkən Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiklərini və pislədiklərini bildirib.O bildirib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini...
15 Aprel 2025, 10:39

Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilə görüşüb
Baş nazir Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirlər Kabinetinin mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının...
14 Aprel 2025, 20:55

Bakı ilə istənilən ölkədə sülh sazişi imzalaya bilərik - Mirzoyan
Bakı ilə sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik.Citypost.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.“Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm İrəvan, həm də Bakı üçün uyğun olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusu ola bilər”, - nazir qeyd edib.
14 Aprel 2025, 20:32

Gürcüstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.Citypost.az xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir....
14 Aprel 2025, 20:27