Bizə yazın

Baku

-°C

USD

-

Süleyman Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb  

Cəmiyyət 03 Aprel 2025, 19:52

1037

Süleyman Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Citypost.az-ın xəbərinə görə, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Süleymanlı Süleyman Asif oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 24.06.1985-ci il təvəllüdlü Süleymanlı Süleyman Asif oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Süleyman Süleymanlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 22 aprel 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Süleyman Süleymanlı nədə ittiham olunur?

Süleyman Süleymanlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Süleyman Süleymanlı barəsində axtarış və həbs qərarı

Süleyman Süleymanlı istintaqdan qaçıb Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Süleyman Süleymanlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Daha kimlər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb?

Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yaymışdı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib 

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.Citypost.az   xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək....

11 Aprel 2025, 12:26

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub  

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.Citypost.az-ın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

11 Aprel 2025, 11:55

Həsənriz kəndinə daha 20 ailə yola salındı  

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Qeyd edək ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir.Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır....

11 Aprel 2025, 11:46

Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi  

Bakı Metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.Citypost.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb."Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4...

11 Aprel 2025, 11:17

Azərbaycan məktəblilərinin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq  

Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərkosmos"un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov deyib.O qeyd edib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq:“Layihədə 41 məktəbdən 750 məktəbli iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi, məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”....

11 Aprel 2025, 10:48

Qubadlıda sümük qalıqları aşkarlanıb  

Qubadlıda insan sümüyünə bənzər sümük qalıqları aşkar edilib.Citypost.az-ın əldə etdiyi məlumata görə, qalıqlar Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində qazıntı işləri aparılırakən tapılıb.Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma başlanılıb.

11 Aprel 2025, 10:00