Bizə yazın

Baku

-°C

USD

-

"Kreml Çeçenistandakı vəziyyətlə bağlı müxalif medianın məlumatlarına etibar etmir"-Peskov

Dünya 10 Aprel 2025, 17:47

816

"Açxoy-Martanda yol polisi postuna hücum edən yeniyetmənin cəsədinin Çeçenistanda meydanda nümayiş etdirildiyi iddia edilən xəbərləri yalnız müxalifət mediası yayıb".

Citypost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsünə görə, hakimiyyət sözügedən mənbələri etibarlı hesab etmir.

"Biz əlbəttə ki, müxalifət kanallarının yaydığı məlumatlara etibar etmək istəməzdik; biz bu mənbələri etibarlı hesab etmirik. Bizim başqa məlumatımız yoxdur", - Peskov brifinq zamanı qeyd edib.

Yol polisi postuna hücum martın 8-də baş verib. Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq İdarəsinin məlumatına görə, Açxoy-Martan sakini polis əməkdaşlarına bıçaqla hücum edib, sonra cavab atəşi ilə məhv edilib. Polislərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha sonra respublika rəhbəri Ramzan Kadırov bildirib ki, hücum edən şəxs digərləri ilə yanaşı, Ukrayna vətəndaşının göstərişi ilə hərəkət edib.

Bundan əvvəl Çeçenistan televiziyası Kadırovun görüşündən xüsusi reportajda 17 yaşlı hücumçunun fotosunu nümayiş etdirmişdi.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49