Tramp: Heç kimin bilmədiyi silahlarımız var
Dünya 10 Aprel 2025, 16:30

739
ABŞ prezidenti Donald Tramp, tariflərdən sonra artan ticarət müharibəsi xaricində eskalasiya ilə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, Tramp dünən axşam Oval Ofisdə icra sərəncamı imzalanma mərasimindən sonra mətbuat mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Çin Dövlət Başçısı Si Cinpingi ağıllı adam olaraq xarakterizə edən və nəticədə çox yaxşı bir razılaşma əldə edəcəklərini ifadə edən Tramp qeyd edib: ""Si nə edilməsi lazım olduğunu dəqiq bilən bir insandır, ölkəsini sevir və məncə, razılaşmaq istəyəcək. Düşünürəm ki, bu baş verəcək. Bir anda telefon zəngi alacağıq və hər şey hazır olacaq".
“Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir”
"Ticarət müharibəsindən kənarda eskalasiyadan narahatsınızmı?"-deyə bir müxbir Trampdan soruşub. O belə cavab verib: "Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların dərk etdiyindən də güclüdür. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir və biz dünyanın ən güclü silahlarına sahibik, hamıdan güclü, hətta yaxın deyil, ona görə də heç kim bunu etməyəcək".
Tariflərə 90 gün fasilə vermə qərarı dünən səhər öz təşəbbüsləri ilə aldıqlarını ifadə edən ABŞ prezidenti, "Tarif fasiləsinin bazarlara bu qədər təsir edəcəyini bilmirdim. Bu gün bazarlar gözəl bir gün keçirdi",-deyə qeyd edib.
Çin Dövlət Başçısı Xi ilə nə vaxtsa telefonla danışacağını deyən Tramp həmkarını sevdiyini və hörmət etdiyini bildirsə də, ABŞ-la yaxşı rəftar etmədiyini müdafiə edib. Tramp ədalətli olarsa, Çin də daxil olmaqla, hər kəslə gömrük və ticarət müqavilələri bağlamağa hazır olduqlarını bir daha vurğulayıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir
The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.
18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək
ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.
18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"
“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".
18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat
İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.
18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür
İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.
18 Aprel 2025, 15:49