Uşaqların I sinfə qəbulu başlayır
Cəmiyyət 07 Aprel 2025, 11:00

185
1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Bu barədə Citypost.az-a MÜTDA-dan məlumat verilib.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Həmçinin oxuyun
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılıb.Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.
07 Aprel 2025, 20:29

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimləri barədə qərar
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
07 Aprel 2025, 20:03

Ədalət Verdiyev azadlığa buraxıldı
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə qapalı prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə Ədalət Verdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) elan olunan ittihama xitam verilib. İş Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.Ədalət Verdiyev...
07 Aprel 2025, 19:26

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya
Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər biz kədərləndirdi.Citypost.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin X hesabındakı paylaşımda bildirilib."Nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır", - paylaşımda qeyd olunub.
07 Aprel 2025, 19:09

Temperatur 5-10 dərəcə aşağı enəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var....
07 Aprel 2025, 16:17

Bu rayonlarda qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq....
07 Aprel 2025, 15:14