İran Azərbaycana səfir təyin edəcək
Siyasət 07 Aprel 2025, 12:44

144
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gündəmdədir.
Citypost.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Bəqai İran Prezidentin Azərbaycana səfərinin gündəmdə olduğunu açıqlayıb: “Prezidentin Azərbaycana səfəri gündəmdədir. Səfərin vaxtı və digər məqamları azərbaycanlı həmkarlarla müzakirə edilir”.
O, eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı məlumat verərək bildirib ki, hazırda bu proses davam edir: “Hazırda səfirin təyinatı gedir və ümid edirik ki, bu, tezliklə yekunlaşacaq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.Citypost.az xəbər verir ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb.Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilərək, bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, geniş əməkdaşlıq əlaqələrinə...
07 Aprel 2025, 13:23

Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
04 Aprel 2025, 12:58

XİN beynəlxalq hüququ pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb
“4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik”.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib.Bildirilib ki, Azərbaycan ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə 388 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.Eyni zamanda, Nazirlikdən həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulanıb.XİN öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq hüququ pozan Ermənistanın məsuliyyətə cəlb...
04 Aprel 2025, 12:50

Azərbaycan lideri Seneqal Prezidentini təbrik edib
Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.Biz Azərbaycan ilə Seneqal arasında əlaqələrə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsinə nail ola bilərik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Seneqal xalqına daim əmin-amanlıq və...
04 Aprel 2025, 10:44

Gürcüstan prezidenti Azərbaycana səfər edəcək
Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir.Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
03 Aprel 2025, 22:33

Dan Yorgensen Azərbaycana gəlir
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen aprelin dördündə Azərbaycana gələcək.Citypost.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.Qeyd olunub ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısında iştirak edəcək.Yorgensenin Azərbaycana səfərində bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da mühüm yer tutacaq. Yaşıl Enerji Məsləhət Şurası regionda enerji səmərəliliyi və bərpa olunan enerjinin inkişafı sahələrində səyləri müzakirə edəcək. Komissar, həmçinin yaşıl enerji dəhlizinə dair sazişi müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirləri ilə görüşə qatılacaq. O Azərbaycanın energetika...
03 Aprel 2025, 20:07