Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 07 Aprel 2025, 13:11

184
Aprelin 8-i hava necə olacaq?
Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakı və Abşeronda hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Rayonlarda hava proqnozu
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimləri barədə qərar
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
07 Aprel 2025, 20:03

Ədalət Verdiyev azadlığa buraxıldı
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə qapalı prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə Ədalət Verdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) elan olunan ittihama xitam verilib. İş Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.Ədalət Verdiyev...
07 Aprel 2025, 19:26

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya
Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər biz kədərləndirdi.Citypost.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin X hesabındakı paylaşımda bildirilib."Nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır", - paylaşımda qeyd olunub.
07 Aprel 2025, 19:09

Temperatur 5-10 dərəcə aşağı enəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var....
07 Aprel 2025, 16:17

Bu rayonlarda qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq....
07 Aprel 2025, 15:14

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.Citypost.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb.
07 Aprel 2025, 12:00