Ədalət Verdiyev azadlığa buraxıldı
Cəmiyyət 07 Aprel 2025, 19:26

247
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə qapalı prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ədalət Verdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) elan olunan ittihama xitam verilib. İş Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İstintaqla işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında istintaq başlanan dövrdə Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılıb.Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.
07 Aprel 2025, 20:29

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimləri barədə qərar
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
07 Aprel 2025, 20:03

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya
Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər biz kədərləndirdi.Citypost.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin X hesabındakı paylaşımda bildirilib."Nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır", - paylaşımda qeyd olunub.
07 Aprel 2025, 19:09

Temperatur 5-10 dərəcə aşağı enəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var....
07 Aprel 2025, 16:17

Bu rayonlarda qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq....
07 Aprel 2025, 15:14

Sabah 31 dərəcə isti olacaq
Aprelin 8-i hava necə olacaq?Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.Bakı və Abşeronda hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.Rayonlarda hava proqnozuAzərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu...
07 Aprel 2025, 13:11