Sabah havanın temperaturu 27 dərəcəyə çatacaq
Cəmiyyət 06 Aprel 2025, 13:49

238
Aprelin 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Temperatur və rütubət
Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti
Həmçinin oxuyun
Aprelin 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu rayonlarda qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq....
07 Aprel 2025, 15:14

Sabah 31 dərəcə isti olacaq
Aprelin 8-i hava necə olacaq?Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.Bakı və Abşeronda hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.Rayonlarda hava proqnozuAzərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu...
07 Aprel 2025, 13:11

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.Citypost.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb.
07 Aprel 2025, 12:00

Uşaqların I sinfə qəbulu başlayır
1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.Bu barədə Citypost.az-a MÜTDA-dan məlumat verilib.Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
07 Aprel 2025, 11:00

Hərbçimiz həlak oldu
Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.09:30Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.Mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq....
07 Aprel 2025, 10:34

Bakı Konqres Mərkəzində bütün tədbirlər dayandırıldı
Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə mərkəzdən yayılan məlumatda bildirilib.Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq...
06 Aprel 2025, 12:00