Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə buraxılış imtahanı keçirilir
Cəmiyyət 13 Aprel 2025, 10:44

549
13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.
Citypost.az-ın yerli bürosu xəbər verir ki, işğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda
- Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird
- Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird
- Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edəcək.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
Həmçinin oxuyun

Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
Başımız niyə ağrıyır? — Həkim səbəblərini və çarəsini açıqladı
700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kərə yağının bahalaşmasında kimlərin əli var? — ARAŞDIRMA
Bildiyiniz kimi son dövlər kərə ýağının qiyməti durmadan artır. Hal hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. "İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər. Bu yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil".CityPost.az xəbər verir ki, bu sözləri oxu24.com saytına açıqlamasında nəqliyyatda daşınmaların təşkili üzrə ekspert İlkin Məmmədkərimov bildirib."Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur",-deyə ekspert bildirib.İlkin mövcud vəziyyəti qonşu və digər ölkələrlə də müqayisə edib."Bu...
15 Aprel 2025, 14:50

Paşinyan: Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq
Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.
15 Aprel 2025, 13:03

Leysan yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar...
15 Aprel 2025, 12:57

Hulusi Akar: Qarabağ Zəfəri dünya üçün nümunə olub
Qarabağ Zəfəri dünya üçün nümunə olub.Citypost.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: "Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın...
15 Aprel 2025, 12:00

Ölkədə doğum sayı azalıb
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.
15 Aprel 2025, 11:51

Azərbaycanda əhalinin sayı açıqlanıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub."Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub
15 Aprel 2025, 11:00