Bizə yazın

Baku

-°C

USD

-

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub  

Cəmiyyət 13 Aprel 2025, 16:53

636

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.

“Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Citypost.az xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.

Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.

155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 Kərə yağının bahalaşmasında kimlərin əli var? — ARAŞDIRMA 

Bildiyiniz kimi son dövlər kərə ýağının qiyməti durmadan artır. Hal hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. "İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər. Bu yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil".CityPost.az xəbər  verir  ki, bu sözləri oxu24.com saytına açıqlamasında  nəqliyyatda daşınmaların təşkili üzrə ekspert  İlkin Məmmədkərimov bildirib."Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur",-deyə  ekspert bildirib.İlkin mövcud vəziyyəti qonşu və digər ölkələrlə də müqayisə edib."Bu...

15 Aprel 2025, 14:50

Paşinyan: Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

15 Aprel 2025, 13:03

Leysan yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar...

15 Aprel 2025, 12:57

Hulusi Akar: Qarabağ Zəfəri dünya üçün nümunə olub  

Qarabağ Zəfəri dünya üçün nümunə olub.Citypost.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: "Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın...

15 Aprel 2025, 12:00

Ölkədə doğum sayı azalıb  

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

15 Aprel 2025, 11:51

Azərbaycanda əhalinin sayı açıqlanıb  

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub."Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub

15 Aprel 2025, 11:00