"VTsIOM": Rusların 80%-i Putinə güvənir
Dünya 18 Aprel 2025, 12:44

353
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusunun nəticələri göstərir ki, vətəndaşların 79,2%-i Rusiya prezidenti Vladimir Putinə etibar edir.
CityPost.az xəbər verir ki, sorğuda iştirak edən rusiyalıların 76,2%-i onun dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirib.
Rusiyalıların 51,4%-i hökumətin işini yaxşı adlandırıb, vətəndaşların 62,8%-i isə baş nazir Mixail Mişustinə etimad göstərib. Eyni zamanda, Vahid Rusiya partiyasına dəstək səviyyəsi 36% təşkil edib.
Sorğu aprelin 7-dən 13-dək 1600 Rusiya vətəndaşı arasında keçirilib.
Bundan əvvəl VTsİOM rusiyalıların Vladimir Putinə etimad səviyyəsinin 79,8% olduğunu bildirmişdi. Sonra Rusiya prezidentinin fəaliyyətini bəyənmə reytinqi 78,1%-ə yüksəldi.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir
The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.
18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək
ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.
18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"
“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".
18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat
İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.
18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür
İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.
18 Aprel 2025, 15:49