Fizika qaydalarını alt-üst edən yeni maddə kəşf edildi
Dünya 18 Aprel 2025, 14:00

416
Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material, elektrik avtomobilinin (EV) akkumulyatorlarını ilk günkü performansına qaytarmağa kömək edə bilər.
CityPost.az xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və Kaliforniya Universitetindən olan elm adamları termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirən maddələrin yeni sinfini kəşf ediblər.
Bu yeni kəşf edilmiş metastabil maddələr qızdırıldıqda həcmcə kiçilir və yüksək təzyiq altında genişlənir.
Tədqiqat qrupuna rəhbərlik edən Professor Shirley Menq yeni kəşf barədə bu fikirləri bildirib: "Biz bu materialların xassələrini redoks kimyası vasitəsilə tənzimləyə biləcəyimizi düşünürük. Bu, həqiqətən də maraqlı tətbiqlər aça bilər".
Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Fizika qanunlarına zidd olan xüsusiyyətlər
Termodinamikanın qanunlarına görə, maddə qızdırıldıqda genişlənir, sıxıldıqda isə həcmi azalır. Lakin tədqiqatçılar bu qaydalara zidd davranan metastabil materiallar hazırlayıblar.
Prof. Menq qeyd edib: "Materialı qızdırdığınız zaman onun həcmi kiçilir. Bu olduqca qeyri-adi haldır".
Maddənin bu davranışı təkcə fundamental elm üçün deyil, həm də tətbiqi texnologiyalar üçün inqilabi xarakter daşıyır.
Xüsusilə elektrikli avtomobil akkumulyatorlarının yenilənməsi, konstruktiv akkumulyator sistemləri və istiliyə davamlı materialların istehsalı kimi sahələrdə böyük imkanlar təqdim edir.
Struktur batareya və sıfır istilik genişlənməsi mümkündür
Araşdırma qrupundan Dr. Minghao Zhang qeyd etdi ki, bu yeni sinif materialları sıfır istilik genişlənməsini nümayiş etdirmək üçün tənzimlənə bilər. Bu, tikinti sənayesində də inqilab edə bilər.
"Hər bir binada istifadə olunan müxtəlif tikinti materiallarında istilik səbəbindən həcm dəyişikliyi ciddi problemlər yarada bilər. Lakin bu materiallar sayəsində belə problemlərin qarşısını almaq olar".
Onun həm təzyiq, həm də istilik altında davranışı təəccüblüdür: Maddə gigapaskal səviyyəsində güclü təzyiq altında belə genişlənməyə davam edir.
Köhnəlmiş batareyalar orijinal vəziyyətinə qaytarıla bilər
Tədqiqatçılar bu materialların elektrokimyəvi enerjiyə reaksiyasını da öyrəniblər. Bu metastabil maddələrə elektrik gərginliyi tətbiq edildikdə, onlar ilkin sabit vəziyyətinə qayıda bilirlər. Bu o deməkdir ki, istifadə olunan EV batareyalarının tutumu yenidən artırıla bilər.
Məqsəd elmi kəşfdən sənayeyə keçiddir
Tədqiqatın digər bir töhfəsi də fundamental elmlərdə anlayışa yeni bir ölçü əlavə etməsidir. Prof.essor Menq qeyd edib ki, bu, təkcə texnoloji deyil, həm də elmi paradiqma dəyişikliyidir.
Tədqiqatçılar yeni materialın kimyəvi davranışını daha ətraflı öyrənməklə onu enerji saxlama sistemlərindən tutmuş kosmik texnologiyalara qədər bir çox sahədə tətbiq oluna bilən hala gətirməyi hədəfləyirlər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir
The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.
18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək
ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.
18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"
“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".
18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat
İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.
18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür
İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.
18 Aprel 2025, 15:49